Zəlzələ zonasında hamilə qadın nələri bilməlidir? Ginekoloq sadaladı
25.02.2023 11:12

Zəlzələ bölgəsində yaşayış tərzi, qidalanma, gigiyena, stress və digər narahatlıqlar həm ana, həm də körpə üzərində müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. 

 

Aztibb.az ensonhaber.com-a istinadən xəbər verir ki, ginekoloq Dr. Pınar Gökova doğuş gözləyən anaların diqqət etməli olduğu şeylər haqqında məlumat verib. 

 

Həkim bildirib ki, qidaların saxlanma şəraiti nəzərə alınmalı və son istifadə tarixlərinə baxılaraq istehlak edilməlidir. Zəlzələ bölgəsində təmiz suya çıxış böyük əhəmiyyət kəsb edir. Saxlama şəraitinin əhəmiyyəti içməli su üçün də keçərlidir, günəş işığından uzaq, hündür yerdə saxlanmalıdır. Yaxşı saxlanılan qablaşdırılmış su istisna olmaqla, açıq yerdə qalan su heç vaxt içilməməlidir.  

 

Kifayət qədər qidalanmamaq, su içməmək və qida əlavələri çatışmazlığı problemləri körpədə inkişaf geriliyinə səbəb ola bilər. Hamiləlik dövründə vitaminlər, minerallar, fol turşusu və dəmir kimi əlavələrdən mütəmadi olaraq istifadə edilməlidir. Zəlzələdən sonrakı dövrdə gələcək anaların qida əlavələri əldə etməsində problemlər yarana bilər. Bu səbəbdən zəlzələ bölgəsində olan tibb işçiləri ilə əlaqə saxlanılmalı və qida əlavələrinin tədarükü üçün dəstək alınmalıdır. 

 

P.Gökova hamiləlik dövründə gözləyən anaların yaşadığı travma sonrası stressin uzun müddətli təsirlərini açıqlayıb: “Gələcək ananın psixoloji dəstək alması son dərəcə əhəmiyyətlidir. Bir çox araşdırmalar hamiləlik zamanı gələcək anaların yaşadığı travma sonrası stress pozğunluğunun  körpənin sonrakı illərində, xüsusən də yeniyetməlik dövründə depressiya, narahatlıq və hiperaktivlik pozğunluğu əlamətlərinə təsir edə biləcəyini göstərib. 

 

Ana namizədlər zəlzələdən sonra gigiyenaya daha çox diqqət yetirməlidirlər. Gigiyena problemləri kəskin vaginal infeksiyalara və sidik yollarının infeksiyalarına səbəb ola bilər. Ona görə də gigiyena vasitələrinin təchizatı çox vacibdir. Hamiləlik əvvəlindən sonuna qədər həkim nəzarəti tələb edən bir prosesdir. Zəlzələ bölgəsində gözləyən analar üçün bu prosesdə həkim nəzarəti gecikə bilər. Hamiləliyin təqibini kəsməmək üçün ən qısa müddətdə həkimə müraciət etmək lazımdır. Gələcək anaların müntəzəm istifadə etməli olduğu dərmanlar varsa, onların tibb işçilərindən istəmələri vacibdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər