Hamiləlik və doğuş sağlamlıq problemlərini həll etməyə kömək edir?  Mama-ginekoloqdan tövsiyələr
24.02.2023 12:00

“Doğuşdan sonra keçər” sözlərini qızlar tez-tez analardan, nənələrdən, xalalardan, bəzən isə həkimlərdən səhhətində yaranan problemlərlə bağlı şikayətlərə cavab olaraq eşidirlər. Hamiləlik və doğuş həqiqətən sehrli bir həb kimi işləyirmi, onun vəd edilmiş möcüzəvi təsirinə arxalanaraq müalicədən yan keçmək olarmı? 

 

Aztibb.az dzen.ru-ya istinadən xəbər verir ki, mama-ginekoloq Tatyana Simonovanın sözlərinə görə əgər sağlamlıq problemlərini həll etmək üçün məqsədyönlü şəkildə hamiləliyə gedirsinizsə, bu, mövcud problemləri daha da gücləndirə bilər.  

 

“Bu yanaşma daha çox istehlakçı yanaşmasına bənzəyir. Hamiləlik və doğuş gözləntiləri doğrultmayacaq və bu həm qadına psixi olaraq, həm də uşaqla münasibətinə təsir edəcək. Üstəlik hamiləliyin nəticəsi gözlənilməz ola bilər”, – mama-ginekoloq Tatyana Simonova bildirib. Lakin hamiləlik və doğuş, əlbəttə ki, bədənin vəziyyətinə müəyyən təsirlər göstərir. Bunu müsbət və əks təsirlərə bölmək olar. 

 

Hamiləliyin orqanizmə müsbət təsirləri:           

  • İlkin mərhələdə estrogen hormonunun fəaliyyətini azaltmaqla toxumanın uşaqlıqdan kənarda böyüməsi, ağrı və hətta sonsuzluğa səbəb olan xəstəliyin inkişafını ləngidə bilər. 
  • Sağlam bir qadının bədəni hormonal fonun yenidən qurulması səbəbindən yenilənir. Bu, bəzi ginekoloji xəstəliklərin qarşısının alınmasına xidmət edə bilər. 
  • Protein göstəriciləri normal olarsa, ananın immun sistemi yaxşılaşır, qırmızı qan hüceyrələrinin sayı, hemoglobin, plazma və dövran edən qan həcmi artır.
  • Böyrəklər daha sürətli işləyir.
  • Hipotenziyalı xəstələrdə (qan təzyiqi azalmış) qan dövranındakı dəyişikliklər səbəbindən təzyiq yaxşılaşır. Ürək əzələlərinin qalınlığı və gücü artır, bir dəqiqə ərzində ürəyin vurduğu qanın miqdarı artır.
  • Doğuşdan sonra oksitosin yalnız ana südü ilə qidalanma vəziyyətində yüksəlir. Bu proses xoşbəxtlik hormonlarının əlavə istehsalına səbəb olur. 

 

Hamiləliyin yan təsirləri:

  • Patoloji hallar baş verə bilər, məsələn, toksikoz, hamiləlik diabeti və s.
  • Nəzarətsiz çəki artımı sümük-əzələ sistemində yükün artmasına səbəb ola bilər. Həm də doğuş zamanı çanaq sümüklərinin ayrılması riski var. 
  • Tənəffüs və ürək-damar sistemində dəyişikliklər: oksigenə ehtiyac 35-40% artır, dövr edən qanın həcmi dəyişir.
  • Hamiləlik dövründə anemiya və vitamin, mikro və makroelementlərin çatışmazlığı inkişaf edə bilər.
  • Damarların strukturu zəifləyir və hemoroid inkişaf edə bilər.
  • Müəyyən səbəbdən bir çox qarın orqanlarının anatomik yeri dəyişir. Bu, bəzi funksiyaların (məsələn, bağırsaq və sidik kisəsi) pozulmasına səbəb ola bilər.
  • Bədən yuxu və istirahət üçün daha çox vaxt tələb edir.

 

Psixoloji problemlər hamiləlik dövründə və doğuşdan sonrakı ilk aylarda mümkündür.  Hamiləlik sağlam qadına fayda verə bilər, lakin bəzi hallarda vəziyyəti daha da ağırlaşdırır. Ona görə də uşaq dünyaya gətirməyə şüurlu yanaşmaq və hamiləliyi əvvəlcədən planlaşdırmaq və ona hazırlaşmaq daha yaxşıdır. Sağlamlıq problemləri varsa, hamiləlikdən əvvəl onları müəyyən etmək və həll etmək lazımdır. Başqa möcüzə gözləməyin. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində