Yeməkdən əvvəl, ya sonra? 
24.02.2023 11:15

Dişlərinizi fırçalama vaxtı ilə bağlı müxtəlif fikirlər var: yeməkdən əvvəl və ya sonra.  

 

Aztibb.az sport-express.ru-ya istinadən xəbər verir ki, stomatoloq Veronika Melexovanın sözlərinə görə variantların hər birində müsbət amillər var.  

 

“Səhərə qədər tüpürcək ağız boşluğunda asidik bir mühit yaradır, belə mühitdə çürüklərin inkişafına kömək edən bakteriyalar özlərini yaxşı hiss edə bilir. Yeməkdən əvvəl dişlərimizi fırçalayanda bakteriyalardan qurtulmuş oluruq. Əks halda, biz onları yeməklə uduruq”, – mütəxəssis izah edib. 

 

Həkim onu da qeyd edib ki, yeməkdən əvvəl dişlərimizi fırçaladıqda diş pastasının tərkibindəki nanə və digər əlavələr dilin dad həssaslığını dəyişə bilər. Ona görə də dişlərinizi fırçaladıqdan sonra 15-20 dəqiqə gözləməlisiniz ki, dadbilmə hissiyyatı bərpa olunsun və yeməyin dadı pozulmasın. 

 

Yeməkdən sonra dişlərinizi fırçalamaq qida qalıqlarını təmizləməyə və zərərli bakteriyaların inkişafından qorunmağa kömək edir. Əgər oyandıqdan dərhal sonra dişlərimizi fırçalasaq, səhər yeməyindən sonra dişlərimizdə qida qalığı qalır. 

 

Ona görə də hər bir variantda müəyyən müsbət və mənfi cəhətlər var. Diş həkimləri dişlərinizi nə vaxt fırçalamaq lazım olduğunu qətiliklə demirlər - yeməkdən əvvəl və ya sonra. Hər kəs özü seçir. Amma sağlamlıq nöqteyi-nəzərindən bir gecədə ağız boşluğunda yığılıb çoxalmış bakteriyaları udmamaq daha məntiqlidir”, - deyə V.Melexova izah edib.

 

Yaxşı olar ki, dişlərinizi fırçalayın, bir az gözləyin, səhər yeməyi yeyin və yeməkdən sonra mütləq ağzınızı yaxalayın və ya bir stəkan adi su için ki, dişlərinizdən yemək qalıqları təmizlənsin.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır