“Tenisçi dirsəyi” xəstəliyindən qorunma üsulları 
23.02.2023 07:00

Bu xəstəlik dirsəyə qədər uzanan qol sümüyünün alt ucunun xarici tərəfinə (lateral epikondil) birləşən biləyi qaldıran əzələlərin vətərlərinin xroniki degenerasiyasıdır. 

 

Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, reabilitasiya mütəxəssisi Dr. Berrin Akpınarın bildirdiyinə görə xəstəliyin bu adı almasının səbəbi ən çox tenis oynayan insanlarda görülməsidir. Adətən tenisçilər tenis oynayarkən raketdən biləklərini zorlayaraq istifadə edir.  

 

Həkim bu xəstəliyin tenis oynayanlar xaricində ağır nəyisə qaldırma, ovucu yuxarı çevirmə və yumruğunu sıxma hərəkətləri edənlərdə görüldüyünü, xüsusilə orta yaşlı insanlarda rastlandığını deyib.

 

O, tenisçi dirsəkdən qorunma üsullarını belə ümumiləşdirib:

 

“Həddindən artıq və təkrarlanan dirsək və əl bilək hərəkətlərindən çəkinmək lazımdır. Fəaliyyətdən əvvəl müəyyən isinmə hərəkətləri edilməlidir. 

 

Paltarın sıxılması, şüşənin silinməsi, bankanın açılması və s. bu kimi məişət işləri dincəlməklə, məsələn, hər saatda 15 dəqiqəlik fasilə verməklə edilməlidir. Həmçinin şikayətə səbəb olacaq fəaliyyətləri məhdudlaşdırmaq və ya dəyişdirmək lazımdır. İstirahət və fəaliyyətdən sonra soyuq tətbiq oluna bilər. 

 

Bundan əlavə, kriyoterapiya deyilən üsulla həm ağrıları azaltmaq, həm də iltihabı sakitləşdirmək olar ki, bunun həm müalicəvi, həm də rahatlaşdırıcı təsiri var. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır