"Artıq çəki" epidemiyası - Piylənmə XXI əsrin qlobal problemidir   
22.02.2023 11:15

Tezliklə olacaq bir hadisənin astanasındayıq. Piylənmə endokrin xəstəlik olmaqdan çıxıb vərəm və xərçəngin yanında öz yerini tutacaq.

 

Aztibb.az "Arqumentı i Faktı" nəşrində dərc olunan yazını ixtisarla təqdim edir.

 

Nə üçün artıq yağ bəşəriyyət üçün bu qədər təhlükəlidir.

 

Təəssüf ki, son vaxtlar dünya əhalisi kütləvi şəkildə bu “ideal forma”ya can atır. ÜST-ün hesablamalarına görə, yarım əsrdə dünyada kök insanların sayı üç dəfə artıb. Bundan sonra nə olacaq?

 

Elm adamları son 50 ildə piy toxumasının quruluşu və xassələri, iştahı idarə edən hormonlar, kilo almağa kömək edən genlər haqqında çox şey öyrəniblər. Əfsuslar olsun ki, getdikcə daha çox hal alan piylənmə probleminin həllinə yaxınlaşmayıblar. Bu probləm insanları hər il daha çox təhdid edir.

 

Problem çoxdan bir ixtisasın - endokrinologiyanın əhatə dairəsindən kənara çıxıb və tibbin terapiya, kardiologiya, revmatologiya, cərrahiyyə, pediatriya, ginekologiya, psixoterapiya və s. kimi sahələrini əhatə edir.

 

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Natalia Mokryşeva bildiri ki, piylənmə ciddi xəstəliklərin inkişaf riskini kökündən artırır.

 

Kök insanların 4/5-ü az kilolu həmyaşıdlarından əvvəl ölür. Kişilərdən bu endokrin xəstəlik 15, qadınlardan isə 9 il ömr oğurlayır. Keyfiyyətli həyat tərzindən danışmağa isə heç dəyməz.

 

Piylənmə həm də xəstənin büdcəsinə böyük yük qoyur.

 

“Ən kədərlisi odur ki, piylənmə artıq uşaq yaşlardan görünməyə başlayır. Uşaqların statistikası isə dəhşətdir. Bu gün uşaqların 20%-ə qədəri obezdir və bu rəqəmlər durmadan artmaqda davam edir. Bu diaqnozu olan gənc xəstələrin 25%-də artıq yanaşı olaraq bir sıra xroniki xəstəliklər də var”, – N.Mokryşeva bildirib.

 

Onların dörddə birində hipertoniya, 40%-də yağlı hepatoz, hər iki nəfərdən birində isə dislipidemiya var. Bundan əlavə, ekspertin fikrincə, uşaqlarda artıq çəki böyük psixo-emosional problemlərlə əlaqələndirilir, belə uşaqlar depressiyadan və sosial izolyasiyadan əziyyət çəkirlər.

 

Uşaqların özlərinin fikrincə, piylənmə subyektiv həyat keyfiyyətini xərçəngdən daha çox pisləşdirir.

Ardı var

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır