Sorğu: Əksər valideynlər zərurət olmadıqca uşağını həkimə aparmır 
21.02.2023 10:58

Valideynlərin əksəriyyəti yalnız övladı ağır xəstə olduqda həkimlərə müraciət edir.  

 

Aztibb.az xəbər verir ki, bunu müxtəlif vaxtlarda aparılan sorğuların nəticələri göstərib. Valideynlərin həkimə müraciət etməyi zəruri hesab etmədiyi əlamətlər arasında öskürək, burun axması və temperaturun qalxması kimi xəstəliklər yer alır.   

 

Uşaqların müalicəsində valideynlər ən çox yayılmış xalq təbabəti müalicə üsuallarından daha geniş istifadə edirlər. Daha çox qəribə simptomlarla rastlaşdıqda, məsələn, heç bir səbəb olmadan və müəyyən edilməmiş allergiya, çəhrayı ləkələr və digər bu kimi hallarda valideynlər uşaqları həkimə aparır. 

 

Mütəxəssislər bildiri ki, bəzi uşaqlarda immunitet çatışmazlığı halı ola bilir. Əgər uşaqlar tez-tez xəstələnirsə, bu zaman onu həkim yoxlamasından keçirmək tövsiyə edilir.   

 

Çox vaxt yataqdan, arabadan yıxılan uşağı valideyn sakitləşdirməklə kifayətlənir, həkim müayinəsi etdirmir. Bu zaman uşağın beynində, yaxud digər orqanlarında gedən proseslərdən xəbərsiz qalır. Vaxtı ilə aldığı travma uşağı inkişafdan saxlayır. Valideynlərin səhlənkarlığı səbəbindən körpənin gələcək həyatı əlil olaraq davam etməyə məhkum olur. 

 

Yaxud valideynlər qız uşaqlarını ginekoloq müayinəsinə aparmağı vacib hesab etmir. Yaşa dolduqca, gələcəkdə belə uşaqlarda bir sıra ginekoloji patalogiyalar özünü biruzə verir.  

 

Valideynlər unutmamalıdırlar ki, yol verdikləri səhvlər uşaqlarda ciddi xəstəliklərə yol aça bilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır