50 yaşdan sonra həyatı yaxşılaşdıracaq dörd şey ­ –  Professordan tövsiyə 
20.02.2023 11:16

Texas A&M Universitetinin ictimai səhiyyə professoru Cey Maddok sağlam qalmaq və ümumiyyətlə həyatınızı yaxşılaşdırmaq üçün 50 yaşdan sonra etməli olduğunuz dörd şeyi qeyd edib. 

 

Aztibb.az theconversation.com nəşrinin məlumatına əsasən xəbər verir ki, mütəxəssisin fikrincə, bu yaş ərəfəsində kolonoskopiyadan keçmək lazımdır. Bu, düz bağırsağın və kolonun müayinə olunduğu bir prosedurdur. Xərçəngi erkən mərhələdə aşkar etməyə imkan verir. 

 

Siz həmçinin şingle (herpes zoster) xəstəliyinə qarşı peyvənd almalısınız. Professor qeyd edib ki, insan suçiçəyi ilə xəstələndikdən sonra bu xəstəliyin virusu ömürlük orqanizmdə qalır və şingle şəklində özünü göstərə bilər. Xəstəlik adətən həyat üçün təhlükə yaratmır, lakin çox ağrılı ola bilər və insult riskini artırır. 

 

Bundan əlavə, pensiya əmanətləri ilə əvvəlcədən məşğul olmaq lazımdır. Ola bilər ki, bir şəxs planlaşdırıldığından daha tez təqaüdə çıxır. Təqaüddə rahat olmaq üçün əvvəlki gəlirinizin ən az 80 faizinə sahib olmalısınız. Bu, müxtəlif gəlir mənbələrini əhatə edə bilər.

 

Bundan əlavə, pulunuza qənaət üçün endirimlərdən faydalanmalısıznız. Həmçinin, 50 yaşdan sonra bir vəsiyyətnamə, yaxud erkən etibarnamə hazırlamaq lazımdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır