Hamiləlikdən əvvəl belə qəbul edilibsə, körpənin inkişafında anomaliyaya səbəb olur
18.02.2023 10:36

Spirtli içkiləri sevən qadınlarda Fetal Spirt Sindromunun olması problemli hamiləlik riskini artırır. Hətta spirt kiçik dozalarda belə təhlükəlidir. 

 

Aztibb.az zdr.ru-ya istinadən xəbər verir ki, bu sindrom uşağın inkişafında ömür boyu davam edə bilən anadangəlmə psixi və fiziki qüsurların birləşməsində özünü göstərir. 

 

Əvvəllər belə hesab olunurdu ki, bu problem yalnız xroniki alkoqol asılılığı olan anaların uşaqlarına təsir edə bilər. 

 

Tədqiqatçılar süni intellektin köməyi ilə doqquz yaşında çəkilmiş 3000-dən çox uşağın fotokadrlarını təhlil edib və sonra onları analarının hamiləlikdən əvvəl və hamiləlik zamanı alkoqol qəbulu ilə bağlı məlumatları ilə müqayisə ediblər. Alkoqolun əhəmiyyətli təsiri hamiləliyin bütün dövrlərində və xüsusilə hamiləliyin ilk trimestrində aşkar edilib.

 

Fetal Spirt Sindromu olan uşaqlar böyüdükcə xarici mühitin təsiri altında üz cizgiləri tədricən dəyişir. Tədqiqatın nəticələri şərh edilərək, vurğulanıb ki, hamiləlik dövründə spirt istehlakının müəyyən edilmiş təhlükəsiz səviyyəsi deyə bir şey yoxdur. Xüsusilə, uşaq planlaşdırma mərhələsində ən doğru olan spirtdən tamamilə uzaq durmaqdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır