Ağciyərlərinizin necə işlədiyini bilirsiz? – 6 test sualı ilə özünüzü yoxlayın!
18.02.2023 13:31

Ağciyərlərimiz orqanizmi təkcə oksigenlə təmin etmir, həm də müxtəlif patogenlərdən qoruyur. Aşağıdakı sadə testdən keçərək tənəffüs sistemi haqqında biliklərinizi yoxlayın. 

 

Ağciyərlər sinənin 4/5 hissəsini dolduran və qaz mübadiləsini - qana oksigenin verilməsini və karbon qazının bədəndən çıxarılmasını təmin edən qoşalaşmış orqandır. Bu proses diafraqmanın və döş qəfəsinin ritmik hərəkətləri, həmçinin ağciyərlərin yığılma qabiliyyəti sayəsində baş verir.

 

Ağciyərlərimiz 25 yaşa qədər böyüməyə davam edir və onların həcmi orta hesabla 3 litrdir. Ancaq uzun illər qaçış və ya üzgüçülüklə məşğul olan idmançıların ağciyərlərinin həcmi 5 litrə qədər ola bilər. 

 

Oxuduqlarınızdan tənəffüs sistemi haqqında nə xatırlayırsınız? Biliyinizi yoxlamaq üçün testdən keçin: 

 

1.Hava qazların qarışığından ibarətdir, bəs hansı nəfəs almaq üçün lazımdır? 

A) Azot    B) Oksigen    C) Karbon qazı 

 

2.Tənəffüs sistemi orqanlarına daxil deyil: 

A) Qırtlaq  B) Udlaq   C)Qida borusu  

 

3.Sakit bir vəziyyətdə nəfəs almağa daxildir: 

A) Arxa əzələlər   B) İnterkostal əzələlər (qabırğa arası)   C) Qarın əzələləri  

 

4.Yetkin insanda normal halda, dəqiqədə tənəffüs hərəkətlərinin sayı neçədir? 

A) 18-20 dəfə    B) 10-12 dəfə    C) 25-27 dəfə 

 

5.İnsanın səsinin yüksəkliyi aşağıdakılardan hansı ilə əlaqədardır: 

A) Səs tellərinin sayı    B) Səs tellərinin uzunluğu     C) Səs tellərinin məşqindən asılıdır  

 

6.Ağciyər veziküllərinin (qabarcıqlarının) funksiyaları: 

A) Qan və toxumalar arasında qaz mübadiləsi  B) Qan və atmosfer havası arasında qaz mübadiləsi  C) Hər iki xüsusiyyət  

 

Testin cavabları: 1.(A), 2.(C), 3.(B), 4.(A), 5.(B), 6.(B) 

 

doctorpiter.ru

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır