Suonsi Universitetinin alimlərindən qadınlarla bağlı maraqlı tədqiqat
17.02.2023 12:06

İndiki gəncliyi "selfi nəsli" adlandırırlar, bəziləri gündə bir neçə foto çəkir. Bu vəsvəsəni nə izah edir? Sualın cavabını Böyük Britaniya alimləri tapıblar. 

 

Hər hansı bir sosial şəbəkəni açsanız, gördüyünüz fotoşəkillərin əksəriyyəti çox güman ki, selfi olacaq. Çoxlu bəyənmə qazanmaq istəyi ilə fotonu çəkmək üçün bəziləri hətta öz həyatlarını riskə atmağa da hazırdırlar. 

 

Aztibb.az doctorpiter.ru-ya istinadən xəbər verir ki, Suonsi Universitetinin alimləri hər gün selfi çəkən və sosial şəbəkələrdə fotolar yerləşdirən qadınlarla bağlı tədqiqat aparıblar. Seçim onunla əsaslandırılır ki, ən çox öz şəkillərini çəkməyi xoşlayan zərif cinsin nümayəndələridir. 

 

Tədqiqatçılar 150 qadının selfisini təhlil ediblər, fotoşəkilləri, onların üz ifadələrini, sosial şəbəkələrdə paylaşılma sayını və s.  

 

Tədqiqat “Personality and Individual Differences” jurnalında dərc edilib. Alimlərin əsas qənaəti belə olub ki, qadın nə qədər tez-tez selfi çəkib paylaşırsa, cəmiyyətə qarşı aqressivliyi və özünü göstərmək istəyi də bir o qədər güclü olur.  

 

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, qadın real həyatda özünün nə qədər güclü və təhlükəli olduğunu göstərməyə çalışırsa, bir o qədər də aktiv şəkildə selfi çəkir. Üstəlik, bunu konkret olaraq kişilərə və ya digər qadınlara deyil, ümumilikdə hər kəsə sübut etmək istəyir. 

 

Professor Fil Rid bildirib ki, qadınlar həmçinin cəmiyyətə hakim olmaq və kimin partnyor olacağını özləri seçmək istədiklərini göstərirlər. Qadınlar bu davranışı ilə sübut etməyə çalışırlar ki, onlar passiv olmaq və kişilərə tabe olmaq istəmirlər, bunun təbiət tərəfindən proqramlaşdırıldığı stereotipini guya qırırlar.  

 

Kişilərə gəlincə, alimlər onların selfiyə olan sevgisi ilə aqressiyalarını cəmiyyətə göstərmək istəyi arasında heç bir əlaqə aşkar etməyiblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır