Zəlzələ bölgəsində sağlamlıq məqsədilə nələr edilməlidir?
14.02.2023 10:28

Həkim-mikrobioloq Oğuz Özyaral zəlzələ bölgəsində nəzərə alınması mühüm olan gigiyena qaydalarını sadalayıb. Həkim bölgəyə başlıca olaraq su, sabun və daşınan tualetlərin göndərilməsinin əhəmiyyətinə diqqət çəkib. 

 

Aztibb.az cumhuriyet.com.tr-yə istinadən xəbər verir ki, həkimin sözlərinə görə belə bölgələrdə dağıntılar altında qalan insan, heyvan cəsədləri, tullantılar və kanalizasiya sistemlərinə nəzarət çətinləşir. 

 

Bölgədə içməli suyun xlorlanması çox vacibdir. İnsanlara və ev heyvanlarına qablaşdırılmış suyun verilməsi çirklənmənin qarşısının alınması baxımından son dərəcə əhəmiyyətlidir. 

 

Mobil, daşınan tualetlər dərhal yerləşdirilməlidir. Növbə yarana bilər, insanlar ətrafda təbii ehtiyaclarını ödəməyə məcbur qalarlar. Nəticədə xəstəlik törədiciləri çoxala bilər. 

 

Bölgədəki açıq sulara da nəzarət edilməlidir. Ən təhlükəli vəziyyət içməli suyun kanalizasiya tullantıları ilə çirklənməsidir. 

 

Digər yanaşma ondan ibarətdir ki, bölgədə antiseptik və dezinfeksiyaedici vasitələrə böyük ehtiyac yaranır. Tetanozla qarşılaşacaq bir vəziyyət ola bilər, dərhal bölgədə peyvəndin gücləndirilməsi lazımdır. 

 

Dağıntı olan bölgədə xilasedicilər mümkün qədər maskadan istifadə etməlidir. Toz daxildə mikrob çirklənməsi və ağciyərlərdə infeksiya yarada bilər. 

 

Salmonella, tif xəstəliyi, virus və vəba kimi infeksiyaların yayılmasının qarşısının alınması üçün yuyunma öncəsi suya kalium permanqanat həbləri qoyulmalı, müəyyən müddət gözlədikdən sonra əllər dezinfeksiya edilməlidir. 

 

Həkim əlavə edib ki, vaxtaşırı vətəndaşlara C vitamininin verilməsi də vacibdir. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır