Zəlzələdə dağıntılar altından çıxarılan insanlar hipotermiya ilə üzləşə bilir
10.02.2023 12:20

Hipotermiya insanda bədən istiliyinin azalması ilə müşahidə olunur.

 

Aztibb.az ensonhaber.com-a istinadən xəbər verir ki, türkiyəli həkim Yücel Yüzbaşıoğlu zəlzələdən sonra dağıntılar altından çıxarılan insanlarda bədən istiliyinin azalması ilə müşahidə edilən hipotermiyaya diqqət edilməsi lazım olduğunu bildirib: “Hipotermiyaya məruz qalan insanlar uzanıq vəziyyətdə çıxarılmalıdır. Sərt müdaxilələr ölümcül ürək ritmlərinə səbəb ola bilər”. 

 

Bədən istiliyinin normalda 36-37°S-dən 35°S altına düşməsinin hipotermiya olaraq təyin edildiyini deyən həkim qeyd edib ki, hipotermiyada bədən ani və sürətlə dəyişən temperatura uyğunlaşa bilmir, qalıcı zədələnmələr və hətta ölüm baş verə bilər. 

 

O bildirib ki, hipotermiya yüngül, orta və ağır olmaqla üç dərəcəyə bölünür. Yüngül hipotermiyada bədən hərarəti 32-35°S arasında olur və titrəmələr başlayır.  

 

Orta dərəcədə hipotermiyada bədən istiliyinin 28-32°S arasında görülür, insanlarda huşunu itirmə, ürək ritminin pozulması, göz bəbəklərinin genişlənməsi kimi simptomlar meydana gəlir. Lakin titrəmələr müşahidə edilmir. Bu vəziyyətdə venadaxili qızdırılmış serum verilə bilər. 

 

Şiddətli hipotermiyada bədən istiliyi 28 dərəcədən aşağı olur. Bu, insanın şüurunun tamamilə itməsi, ürək döyüntüsünün azalması, ölümcül ritm pozğunluqları və reflekslərin azaldığı bir prosesdir. Bu proses davam edərsə, bədən istiliyinin 24°S-dən aşağı düşdüyü dövr ölümün baş verdiyi dövrdür. Xəstə ciddi tibbi müdaxilə ilə həyata qaytarıla bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır