İsti burun viruslarla daha yaxşı mübarizə aparır - Araşdırma
10.01.2023 11:48

Yeni bir araşdırma, burun isti olanda immunitet sisteminin burundakı viruslarla mübarizədə daha müvəffəqiyyətli olduğunu ortaya qoydu. 

 

“Journal of Allergy and Clinical Immunology” jurnalında dərc edilən bir araşdırma, temperaturun aşağı düşməsi ilə burundakı müdafiə mexanizmlərinin azaldığını aşkar edib. 

 

Aztibb.az euronews.com-a istinadən xəbər verir ki, 2018-ci ildə aparılan bir araşdırma, burun hüceyrələrinin tənəffüs yolu ilə bakteriyaları məhv edən xüsusi maddə ifraz etdiyini müəyyən edib. Bu maddə bədənə daxil olmağa çalışan bakteriyaların qarşısını alır və onları öldürən mexanizmlər kimi təsvir edilir. 

 

Yeni tədqiqatın başlanğıc nöqtəsi bu iki sual idi: Burunda virus infeksiyası zamanı həmin maddə də ifraz olunurmu? Əgər ifraz olunursa, reaksiyası gücü temperaturla bağlıdırmı? 

 

İlk suala cavab vermək üçün tədqiqatçılar könüllülərdən nümunə əldə ediblər. Məlum olub ki, selikli qişa virusları hədəfə almaq üçün xüsusi maddə əmələ gətirir. 

 

İkinci suala cavab üçün burun hüceyrəsi nümunələrini iki qrupa bölüblər və onları laboratoriyada becəriblər. Birinci qrupu 37°C, digərini isə 32°C temperatura məruz qoyublar. 

 

Nəticələrə görə, həmin xüsusi maddə normal bədən istiliyi 37°C altında viruslarla uğurla mübarizə apara bilib. Digər tərəfdən, 32°C -yə məruz qalan hüceyrələr daha az xüsusi maddə ifraz edib və bu da viruslara qarşı daha az təsirli olub. 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır