Nənələrdən gördüyümüz müalicə metodları hansı halda işə yaramır?
06.01.2023 11:20

Ayaqlarınızı isti vannada saxlamağa dəyərmi, başmaqsız gəzmək zərərlidirmi və sarımsaqdan hazırlanmış boyunbağı infeksiyalardan qoruyurmu?  

 

Aztibb.az medportal.ru-ya istinadla xəbər verir ki, pediatr, allerqoloq-immunoloq B.Aleksey xəstəliklərin qarşısının alınmasının xalq üsullarını müasir tibb nöqteyi-nəzərindən təhlil edib. 

 

Əgər sizdə SARS-ın ilkin əlamətləri varsa ayaqlarınızı xardal tozu əlavə edilmiş isti suda saxlamaq tibbi baxımdan tamamilə mənasız bir prosedurdur. Virus bədənə daxil olubsa, bu üsul virus və ya bakteriyanı qovmağa kömək etməyəcək.  

 

Bu cür prosedurlar sadəcə diqqəti yayındırır 

 

Yeri gəlmişkən, kürəyinizə banka qoymaq, xardal plasterləri yapışdırmaq və bəzi bu kimi üsullar diqqəti yayındıran prosedurlardır. Onlar heç bir şəkildə sizi, yaxud uşağınızı infeksiyalardan qorumayacaq və ya müalicə etməyəcək, onların mənası diqqəti yayındıraraq, psixoloji baxımdan bir insanın vəziyyətini yüngülləşdirməkdir.  

 

Valideynlərdən uşaqlarına xatirə 

 

Maraqlı bir fakt ondan ibarətdir ki, Piter Higerin uşaq dermatologiyasına dair dərsliyində, uşaqlara qarşı zorakılığa həsr olunan bölmələrdən birində gənc pediatrlara belə bir tövsiyə edir:  

 

“Gənc pediatrlar postsovet ölkələrinin sakinlərinin  kürəyində, belində konkret izlər müşahidə etsələr, təşvişə düşməsinlər. Bu uşaqlara işgəncə əlamətləri deyil, sadəcə müalicədə banka və ya xardal plasterlərdən faydalanan valideynlərdən uşaqlarına xatirə izlərdir”. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır