Cinsi zəiflik və prostatın müalicəsində faydalı bitki - Dəmirtikan 
02.02.2022 11:04
Dəmirtikan (lat. Tribulus) – Azərbaycanda çox bitməsinə baxmayaraq az istifadə olunan, lakin olduqca faydalı bitkidir. Dəmirtikanın tərkibində olan tribulus adlı maddə hipofiz vəzin fəaliyyətinin pozulması nəticəsində səviyyəsi azalan testesteronun qanda miqdarını artırır. Maraqlıdır ki, bəzən hipofiz vəzdə əmələ gələn şişin təsirindən qanda testesteron səviyyəsi arta da bilər, həmin halda da dəmirtikanın istifadəsi məsləhət görülür.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov bildirib. 
 
Onun sözlərinə görə, tribulus maddəsi qaraciyər fermentlərinin aktivliyini artırır, qaraciyərdə piylənmənin qarşısını alır. Kişilərdə cinsi istəyi və cinsiyyət üzvünün sərtliyini artırır, prostat vəz hiperplaziyalarında vəzin ölçülərini kiçildir. Çobançökdürən bitkisi qadınlarda uşaqlıq ölçülərini böyüdür. Çobançökdürən qadınlarda həm də hormonal pozğunluqlarda da istifadə edilir. Hamiləlik zamanı baş verən düşüklərin qarşısını almaq üçün istifadə oluna bilər.
 
"Dəmirtikanın tərkibində alkaloidlər çox olduğundan gündə yalnız 1 dəfə 1 çay qaşığı 1 stəkan suda dəmlənib içilməsi məsləhətdir. Artıq qəbulu zəhərlənmə verə bilər", - deyə həkim-fitoterapevt bildirib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub