Təhlükəsiz dodaq balzamını necə seçmək olar? Nələrə diqqət etməli
28.01.2022 21:43
Məlum olub ki, dodaq balzamının tərkibindəki bəzi maddələr sağlamlıq üçün təhlükəli ola bilər.
 
Aztibb.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, qışda dəri tez-tez qurumağa başlayır və dodaqlar soyuq havaya daha həssas olur. Bu o deməkdir ki, dodaq balzamlarından və bədən nəmləndiricilərindən istifadə etmək mütləqdir.
 
Lakin bəzən belə kosmetik məhsulların tərkibi əks təsirə səbəb ola, sizə zərər verə bilər.
 
İlk növbədə, balzam seçərkən onun istifadə müddətinə diqqət yetirin. Çox vaxt hətta yüksək keyfiyyətli, lakin saxlama müddəti bitmiş məhsul da ən aşağı keyfiyyətli məhsuldan daha təhlükəli ola bilər.
 
Keyfiyyətli balzam seçməkdə növbəti addım onun tərkibini yoxlamaqdır. Bu, bəlkə də ən vacib məqamdır. Hansı maddələrin məhsulu təhlükəli etdiyinə diqqət edin.
 
Balzamı çəkdikdən sonra dodaqlarınızın nəmlənmədiyini, əksinə, quruluq və qıcıqlanma hiss olunduğunu tez-tez görmüsünüzmü?
 
Bütün bunlar balzamlara əlavə olunan parafin, petrolatum və s. maddələrə görə ola bilər. Əslinə qalsa, onlar dodaqlarda nəmi saxlamaq üçün nəzərdə tutulub.
 
Çox vaxt dadlı, qoxulu balzamdan istifadə etmək xoş gəlir. Ancaq çox kəskin qoxu faydalı olmaya bilər. Onlar qıcıqlanma və ya allergiya yarada bilər.
 
Başqa bir məqam isə müvəqqəti dodaq böyütmə effekti olan məhsullardır. Belə balzamlara tez-tez mentol və fenol əlavə olunur.
 
Bu maddələr dərini qıcıqlandırdığına və qan dövranını sürətləndirdiyinə görə dodaqlarınız həqiqətən vizual olaraq bir müddət böyüyə bilər.
 
Ancaq bununla da çox diqqətli olmalısınız, çünki fenol ciddi allergik reaksiyaya səbəb ola bilir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev