Niyə qadınlar kişilərdən daha tez qocalır? Sağlamlıq və sağ qalmanın gender paradoksu
27.01.2022 12:15

Söz yox ki, gözlənilən ömür və sağlamlıq bir-biri ilə çox sıx bağlıdır, lakin burada maraqlı bir paradoks var.


Hamıya məlumdur ki, hansı yaş kateqoriyasını götürsək, kişilər arasında ölüm hallarının qadınlara nisbətən daha çox olduğunu görərik.


Digər tərəfdən, o da məlumdur ki, yaşlı qadınlar sağlamlığını daha tez itirirlər, onların kişilərdən daha pis qocaldığını deyə bilərik.


Bununla belə, Ekseter Universitetinin tədqiqatçılarının “Nature Communications”da yazdıqları kimi, əslində bu paradoksun daha uyğun izahı var.


Bu, iki cins arasındakı genetik konfliktlə, daha dəqiq desək, genlər arasındakı münaqişə ilə bağlıdır, hansı ki hər iki cinsin sağlamlığını təmin edir.


Aydındır ki, sağlam bir insanın nəsilartırma ehtimalı daha yüksəkdir.


Qadınlarda bədən qurluşu və sağlamlıq müəyyən yaşdan etibarən bir-biri ilə əlaqəni itirir, xüsusilə menopozdan sonra nəsilartırma qabiliyyəti itir.


Ancaq kişilərdə belə deyil, qadınlardan daha uzun müddət nəsilartırma qabiliyyəti olur.


Təbii seçmə xatırladığımız kimi ən uyğun olana üstünlük verir.


Bu o deməkdir ki, kişilərin nisbətən qocalıqda sağlam qalmasına imkan verən genlər insan genomunda qorunub saxlanılır.

Deməli, qocalıqda kişilərin sağlamlığını dəstəkləyən, lakin qadınların sağlamlığını pisləşdirən gen varsa, o zaman belə gen populyasiyada qalacaq, təbii seçmə onu məhv etməyəcək.


Nəzəri olaraq, kişi və qadınların fərqli genomları olsaydı, problemdən qaçınmaq olardı, amma hamımızın genomu eynidir.


Təbii ki, qadın sağlamlığını artıran və kişi orqanizmi üçün çox da yaxşı olmayan genlər də var. Ancaq bu cür genlər qadın reproduktiv yaşda qaldığı müddətcə əhəmiyətli olur.

 

Tədqiqatçıların fikrincə, bu izahat “sağlamlıq və sağ qalmanın gender paradoksu”nu ən yaxşı şəkildə təsvir edir.


Yeri gəlmişkən, uşaqlara qulluqda nənələrin rolunu nəzərə alsaq, bəlkə də gələcəkdə təkamül daha bir addım atacaq və yaşlı qadınlara sağlamlıq bəxş edəcək. Təbii ki, biz özümüz bunu biotexnologiyanın köməyi ilə etməsək.


“Наука и жизнь”

Aztibb.az
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində