Səbəbi hələ də tam aşkar edilməyən - Pecet xəstəliyi 
19.10.2021 14:42
Pecet xəstəliyi (və ya osteodistrofiya) -sümük toxumasının bərpa mexanizminin pozulması ilə xarakterizə olunan və səbəbi tam aşkar edilməyən xəstəlikdir.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, insan orqanizmində sümük toxuması hüceyrələri mütəmadi olaraq dağılır və yeniləri ilə əvəz olunur. Pecet xəstəliyi zamanı bu proses pozulur ki, nəticədə sümüklər kövrək olur, deformasiyalara uğrayır, əyilir və qırılmağa meyilli olur.
 
Pecet xəstəliyinə əsasən yaşı 40-dan yuxarı olan insanlarda rast gəlinir. Kişilərdə qadınlara nisbətən iki dəfə çox müşahidə olunur. Xəstəliyin inkişaf etmə səbəbləri məlum olmasa da, son illər aparılan elmi araşdırmalar nəticəsində xəstələrin osteoklastlarında (sümüyü yenidən quran hüceyrələr) virusabənzər cisimciklər aşkar edilib. Xəstələrin həmin virusa həyatın erkən mərhələsində yoluxduğu güman edilir və proses ləng tipli virus infeksiyası kimi inkişaf edir. Digər tədqiqatlar xəstəliyin genetik xarakterini (irsi xəstəlik) aşkara çıxarmışdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev