Bölgələrdə də insanlara vaksin seçimi etmək imkanı yaradılır - TƏBİB
10.06.2021 11:00

Azərbaycanda artıq bir neçə rayonda vətəndaşlar üçün koronavirus vaksinləri ilə bağlı seçim imkanı yaradılıb.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda “CoronaVac” vaksini ilə yanaşı “Vaxzevria” peyvəndi də tətbiq olunur.

 

Həkim ekspertlərin fikrincə isə, regionlarda fərqli vaksinlərin tətbiq edilməsi üçün ilk növbədə, həmin vaksinlərin saxlanmasına şərait yaradılmalıdır. Misal üçün “Pfizer” vaksini mənfi 75 dərəcə temperaturda xüsusi saxlanma şəraiti tələb edir. Buna görə də soyuq zəncir, preparatın şüşələrə doldurulması anından başlayaraq peyvəndin peyvəndləməni icra edən tibb müəssisələrinə qədər xüsusi bokslarda daşınması təmin edilməlidir. Bu baxımdan ekspertlər düşünür ki, müvafiq şərait yaradıldıqca, fərqli vaksinlərin tətbiq edildiyi regionların əhatə dairəsi də genişlənəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər