Azərbaycan vaksinlənmiş sakinlərin sayına görə MDB ölkələri arasında ikinci yeri tutur
08.06.2021 10:17

Azərbaycan vaksinlənmiş sakinlərin sayının əhalinin ümumi sayına nisbətinə görə MDB ölkələri arasında ikinci yeri tutur.

 

Aztibb.az MDB ölkələrində koronavirus infeksiyası ilə bağlı vəziyyət haqqında Birliyin İcraiyyə Komitəsinin saytında yerləşdirilmiş informasiyaya istinadla xəbər verir ki, vaksinlənmiş sakinlərin sayının əhalinin ümumi sayına nisbətinə görə birinci yeri Rusiya tutur.

 

Saytda qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ilin əvvəlindən 2021-ci il iyunun 1-dək dünyada COVID-19-a yoluxma hallarının təsdiqlənmiş sayı 170,4 milyonu aşıb. Təkcə 2021-ci ilin may ayında yoluxanların sayı 17,7 milyon nəfər və ya 12 faiz artıb. COVID-19 səbəbindən ölənlərin sayı 3,5 milyona çatıb. Onlardan 0,3 milyon nəfəri may ayında vəfat edib.

 

Eyni müddətdə MDB ölkələrində təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 9,1 milyon, ölənlərin sayı isə 0,2 milyon olub. Ötən ay ərzində Birlik ölkələrində xəstələnənlərin sayı 0,5 milyon nəfər və ya 6 faiz, ölənlərin sayı 21,4 min nəfər və ya 12 faiz artıb.

 
ÜST-ün məlumatına görə, MDB ölkələrində COVID-19 xəstəliyi diaqnozu təsdiq edilmiş şəxslərin sayı (2020-ci ilin əvvəlindən artan yekunla)

 

 

 

Dünyada COVID-19-a qarşı vaksinləmə 2020-ci il dekabr ayının ikinci yarısında başlanıb. 2021-ci il iyunun 1-i üçün olan məlumata görə koronavirusa qarşı 1,98 milyard doza, o cümlədən Çində 682 milyon, ABŞ-da 296 milyon, Hindistanda 213 milyon doza vaksin vurulub. Avropa İttifaqı ölkələri üzrə məcmu göstərici 252 milyon dozaya bərabər olub.

 

Birlik ölkələrində əhalinin vaksinasiyası 2021-ci ilin yanvar ayında başlanıb. 2021-ci il iyunun 1-i üçün olan məlumata görə, MDB ölkələrində vurulmuş vaksin dozalarının ümumi sayı 39 milyona yaxındır.

 

Azərbaycanda vaksinləmə yanvarın 18-də başlanıb. Bu günə qədər ölkəmizdə koronavirusa qarşı 2 milyon 546 min 169 peyvənd edilib. Birinci mərhələdə vaksinləşdirilənlərin sayı 1 milyon 611 min 165 nəfər, ikinci mərhələdə 935 min 4 nəfər olub.

 
ÜST-nin məlumatına görə MDB ölkələrində COVID-19-a qarşı azı 1 vaksin dozası almış əhalinin faiz göstəricisi (əhalinin ümumi sayına nisbətən faizlə)
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub