Velosiped sürməyin fiziki və zehni sağlamlığa FAYDALARI
03.06.2021 10:30

 

3 iyun Dünya Velosiped Günüdür. Bu gün 2018-ci ildən etibarən ekoloji sağlamlığa diqqət çəkmək üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd edilir. Dünya Velosiped Gününün təsis olunmasında məqsəd həm də  texnologiyalar əsrində insanların fiziki aktivliyini artırmaqdır. Əlavə enerjinin sərf olunmaması, bir nəqliyyat vasitəsinin hər kəs üçün əlçatan olması, tıxacların, yollarda uzun müddət zaman keçirtməyin qarşısını almaq, ətraf mühitə daha böyük töhfə vermək üçün bu nəqliyyat vasitəsinə diqqət daha da artırılır. 

 

Aztibb.az əlamətdar gündə velosiped sürməyin sağlamlığa faydalarına dair məlumatları sizinlə paylaşır.

 

Ürək sağlamlığını yaxşılaşdırır

 

Velosiped sürən insanların ürək-damar və qan dövranı sistemi yaxşı çalışır. Həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini 50 faiz azaltmaq mümkündür. Velosiped sürmək ürək-damar sisteminin durumunu xeyli yaxşılaşdırır. Bu gəzinti zamanı müxtəlif qrup əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir.

 

Arıqlamağa kömək edir 

 

Hər həftə 3 saat velosiped sürən insan 6 ayda 5 kilo arıqlaya bilər. Həm də heç bir pəhriz və arıqlama dərmanına ehtiyac olmadan. Ombasını, baldırını arıqlatmaq, ayaqlarını incəltmək istəyən hər bir xanım üçün velosiped sürmək faydalı bir seçimdir.

 

Stressdən uzaqlaşdırır

 

Velosiped sürmək əsəb sisteminizi qaydasına salacaq. Bu cür velosiped səfərlərinin anlarında aktual problemləri unutmaq, gələcəyi düşünmək, qısa bir tənhalıqdan zövq ala bilərsiniz. Statistik məlumatlar göstərir ki, velosipedçilər arasında stresə qarşı davamlı insanlar əhalinin qalan hissəsindən daha çoxdur. Və bu, velosiped sürməyin digər vacib tərəfidir.

 

Əzələləri gücləndirir

 

Velosipedə minmək eyni vaxtda diz və ayaq əzələlərini də gücləndirir. Ayaqlarınızla pedalları çevirərkən əzələlərinizi inkişaf etdirir, maddələr mübadiləsi sürətini artırırsınız. Əzələlər hərəkət edə bilmək üçün kaloriyə ehtiyac duyur və buna görə də nə qədər çox hərəkət edirsinizsə, o qədər çox kalori yandırırsınız. Diz ağrısı çox rast gəlinən bir narahatlıqdır, velosiped sürməklə oynağın ətrafındakı əzələləri inkişaf etdirmək burxulma və zədələnmənin qarşısını alır.

 

Ətraf mühiti qorumağa yardımçı olur

 

Bütün bu üstünlüklərlə yanaşı, velosipedə minərək havanı zəhərli qazlardan, yolları isə  tıxaclardan qurtarmış olacaqsınız. Bir adamın bir il boyunca qısa məsafəli yollarda velosiped istifadə etməsi, 500 kiloqramdan 1 tona qədər bir miqdarda karbon qazının yayılmasını önləyir. Yəni velosiped istifadə etmək sağlamlığımıza faydlı olduğu kimi, eyni zamanda təbiəti də qoruyur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev