Krım-Konqo qızdırmasını koronavirusdan ayıran simptom – Qanaxma
02.06.2021 18:04

Krım-Konqo qızdırması ilə koronavirusun ümumi xüsusiyyətlərinin olması gündəmdə müzakirə edilməkdədir.

 

Aztibb.az xəbər verir ki, sipmtomlar arasında ümumi, oxşar xüsusiyyətlər varsa belə, bu xəstəlikləri ayıran ən vacib əlamət Krım Konqosunda qanaxmanın olmasıdır.

 

“Onların oxşar cəhətləri var. Məsələn, həm koronavirus, həm də Krım-Konqo xəstəliyində hərarət, halsızlıq və geniş yayılmış oynaq ağrılarını görə bilərik. Krım-Konqo xəstələrində digərindən fərqli əlamət qanaxmadır” , – deyə bildirilib.

 

Bu əlamət  dəridə qırmızı və bənövşəyi ləkələrin olması, burun, diş əti qanaması, öskürən zaman və sidikdə qan müşahidə edilməsi ilə bilinir. Koronavirus xəstəsində isə bunlara rast gəlmək mümkün deyil.

 

Krım-Konqo hemorragik qızdırmasına yoluxma əsasən gənə dişləməsi zamanı, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Yoluxmanın üçüncü gündən sonra qanaxma müşahidə olunur,  təxminən 5 gün ərzində simptomlar tamamilə yox olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev