Omikron, digər COVID-19 variantları və qrip: Fərqlər və oxşarlıqlar nələrdir?
02.01.2022 15:16
Qrip mövsümünün gəlişi ilə insanlar “koronavirusa yoluxdum, yoxsa qrip oldum?” sualını özlərinə tez-tez verirlər. 
 
Bəs qrip və Omikron variantı arasında hansı fərqlər var? Koronavirusun digər variantları ilə oxşarlıqları hansı əlamətlərdir?
 
Aztibb.az qrip, Omikron və koronavirusun digər varintlarının sipmtomları barədə oxucuları ilə paylaşır.
 
Bronxlarda və ağciyər toxumasında Omikron variantının irəliləməsini araşdıran elm adamları bu xəstəliyin yüngül keçdiyini bildiriblər. Qeyd eilir ki, koronavirusun əsas əlamətləri arasında öskürək, yüksək hərarət, dad və qoxu hisslərinin itməsi halları sıx rast gəlinir.
 
Bel ağrısı və boğazda qaşınma
 
Ekspertlər onu da izah etdilər ki, Omikron variantında ən çox görülən simptomlar bel ağrısı və boğazda qaşınmadır. Bu iki əlamətin soyuqdəymə ilə birgə baş verə biləcəyini dilə gətirən mütəxəssislər, bu şikayətləri yaşayanlara müayinə olunmaları üçün xəbərdarlıq edir.
 
Ən çox görülən əlamətlər
 
Omikron variantında ən çox rast gəlinən əlamətin boğazda qaşınma olduğunu qeyd edən mütəxəssislər bunun ardınca burun tutulması, quru öskürək və bel ağrılarının gəldiyini bildiriblər.
 
Bundan başqa, Omikron simptomlarından birinin də gecə tərləmələri olduğu ifadə edilib.
 
"Delmikron" xəbərdarlığı
 
Omikron və Delta mutasiyalarının birləşməsindən ibarət olan "Delmikron" variantının narahatlıq doğurduğuna işarə edən səhiyyə rəsmiləri kollektiv fəaliyyətləri idarə edə bilməsək "Delmikron"un 2022-ci ildə kabusa çevrilə biləcəyini xəbərdarlıq ediblər.
 
OMIKRONUN ƏLAMƏTLƏRİ
 
Yorğunluq, bədən ağrıları, baş ağrısı asqırma, gecə tərləmələri, dadbilmə və qoxubilmə itkisi, yüksək hərarət.
 
QRİPİN ƏLAMƏTLƏRİ
 
Burun axması, boğaz ağrısı, baş ağrısı, yorğunluq, quru öskürək, əzələ ağrıları, 3-5 gün davam edən qızdırma.
 
KORONAVİRUSUN ƏLAMƏTLƏRİ
 
Qoxu və dadbilmə itkisi, yanğı, öskürək, zəiflik, oynaq ağrıları, boğaz ağrısı, baş ağrısı, ishal, əllərin və ayaq barmaqlarının dəri döküntüsü və ya rəngsizləşməsi, gözlərdə qızartı və ya qıcıqlanma.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev