Peyvənd olunanlar da virusu daşıyırlar – PROFESSOR AÇIQLADI
09.11.2021 20:30
Peyvənd edilən insanlar heç bir xəstəlik əlaməti göstərmədən yoluxmağa davam edir.
 
Aztibb.az xəbər verir ki, bu səbəbdən pozitiv nəticəsi olanların sayı və yoluxma halları artır.
 
Türkiyəli professor Özgür Enginyurt peyvənd olunanlar haqqında maraqlı açıqlama edib: “Peyvənd olunmuş insanlar yoluxma ehtimalından uzaq olduğunu düşünərək bir araya gəlirlər, maska taxmırlar. Ona görə də asanlıqla virusu yayırlar. Peyvənd olunmağımız o demək deyil ki, biz virusu daşımayacağıq. Peyvənd olunanlar da virusu daşıyırlar və hər hansı xəstəlik əlamətləri göstərmədən yoluxucu olmaqda davam edirlər. Buna görə də yoluxma halları artır. Peyvənd olunmağımız virusun daşıyıcısı olmağımıza mane olmur… Pandemiya bitmədikcə maska və sosial məsafə qaydalarına əməl etməliyik. İctimai yerlərdən uzaq durmalıyıq. Peyvənd olunub ictimai yerlərə girməkdə sərbəst ola bilərik, amma bu o demək deyil ki, biz qaydalara etinasız yanaşmalıyıq”.
 
“Pandemiya bitməmiş peyvənd olunsaq belə, arxayın olmamalıyıq…Vətəndaşlar lütfən, üzərlərinə düşəni etsinlər. Pandemiya tamamilə bitmədən maska, məsafə və gigiyena qaydalarından imtina edə bilmərik ”, – deyə professor qeyd edib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev