Bir tibbi brendin tarixi: Sputnik V
24.01.2022 20:48
Sputnik V (Спутник V) və ya rəsmi olaraq Gam-COVID-Vac (Гам-КОВИД-Вак) N.F.Qamaleya adına epidemiologiya və mikrobiologiya Elmi-Tədqiqat Mərkəzi tərəfindən istehsal olunan, qeydiyyatdan keçmiş COVID-19 peyvəndidir.
Peyvənd namizədi kimi Rusiya Səhiyyə Nazirliyi tərəfindən 11 avqust 2020-ci ildə elan edilib və COVID-19-a qarşı qeydə alınmış ilk peyvənddir.
Rusiya rəsmilərinin bildirdiyinə görə, iki aydan az müddət ərzində insanlar üzərində sınaqdan keçirilən peyvənd peyvənd nazmizəd kimi elan edilib və peyvənd haqqında 20-dən çox ölkədən milyardlarla sorğunun olduğu bildirilib.
Gam-COVID-Vak peyvəndi üçün klinik sınaqlar dərc edilmədiyi üçün beynəlxalq elmi dairələr peyvəndin Rusiyada qeydiyyata alınmasına müsbət rəy verməmişdi.
Peyvəndin 76 nəfərlə I/II faza sınaqlarının nəticələri 4 sentyabr 2020-ci ildə “The Lancet”də dərc olunub. Məqbul təhlükəsizlik profilini bildirən araşdırmada, SARS-CoV-2 infeksiyası olan xəstələrlə müqayisə oluna bilən peyvənd qrupunda antikor istehsalının, eləcə də T hüceyrə istehsalının baş verdiyi müəyyən edilib.
Peyvəndin COVID-19-dan qorunmaq üçün kafi olub olmadığını müəyyən etmək üçün araşdırmalara ehtiyac olsa da, bunun 26 Avqust 2020-ci ildə 40.000 iştirakçını əhatə etməsi planlaşdırılan III faza araşdırması ilə ediləcəyi bildirilib.

2 fevral 2021-ci ildə “The Lancet” Sputnik V peyvəndinin COVID-19-a qarşı 100% təsirli olduğunu göstərən III faza sınaqlarının aralıq nəticələrini dərc etdi. Bundan sonra vaksin 5 il müddətinə mülki dövriyyəyə buraxılma icazəsi aldı.
4 mart 2021-ci il tarixində Avropa Dərman Agentliyi (EMA) Sputnik V peyvəndinin effektivlik, təhlükəsizlik və keyfiyyət üzrə Aİ standartlarına uyğunluğunu yoxlamağa başladı.
Qamaleya Mərkəzinin rəhbəri A. L. Qintsburqun sözlərinə görə, bu peyvənd əlavə toxunulmazlıq yaradır, bunun sayəsində peyvənd edilmişlər infeksiyanı yaymır.
Müstəqil araşdırmaların nəticələri də göstərir ki, Sputnik V müxtəlif növ koronaviruslara qarşı effektivdir.
2021-ci ilin iyun ayına olan məlumata görə, Sputnik V peyvəndi 67 ölkədə qeydə alınıb.
6 may 2021-ci ildə Rusiya Federasiyasının Səhiyyə Nazirliyi birkomponentli peyvəndi – Sputnik Light-ı qeydiyyata aldı. Sputnik Light peyvəndi Sputnik V vaksininin ilk komponenti hesab edilir.
24 noyabr 2021-ci il tarixində isə 12-17 yaşlı yeniyetmələr üçün Sputnik M koronavirus peyvəndi qeydiyyata alınıb.
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Dünyada COVID-19-un yeni ştamı ilə bağlı statistik səhvlər var
30.04.2023 | 08:47
Mutasiyaya uğramış Omicron gözlərə zərər verir
20.04.2023 | 09:25
Bir tibbi brendin tarixi: Sputnik V
24.01.2022 | 20:48
Omikron, digər COVID-19 variantları və qrip: Fərqlər və oxşarlıqlar nələrdir?
02.01.2022 | 15:16
Dünyada COVID-19-a yoluxma artan xətt üzrədir! Yoluxmanın ən çox olduğu10 ölkə
02.01.2022 | 14:38
Bir tibbi brendin tarixi: "PFİZER"
14.12.2021 | 14:29
Heyvanlar da peyvənd olunur: AÇIQLAMA
14.11.2021 | 21:28
Peyvənd olunanlar da virusu daşıyırlar – PROFESSOR AÇIQLADI
09.11.2021 | 20:30
Krım-Konqo qızdırmasını koronavirusdan ayıran simptom – Qanaxma
02.06.2021 | 18:04
İstidə nəmlənmiş maska tez-tez dəyişdirilməlidir - Xəbərdarlıq
24.05.2021 | 11:50
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

