Dünyada COVID-19-a yoluxma artan xətt üzrədir! Yoluxmanın ən çox olduğu10 ölkə
02.01.2022 14:38
Omikron variantı bütün dünyada sürətlə yayılmağa başlayandan sonra bir çox ölkədə yoluxmaların sayında böyük artım oldu. Siyahının başında ABŞ olarkən, Fransada yoluxmanın artması diqqət çəkib.
 
Aztibb.az xəbər verir ki, Fransa yoluxma sayına görə bir sıra ölkələri ötüb və dünya miqyasında altıncı yerdə qərarlaşıb.
 
ABŞ-da COVID-19 epidemiyasında həyatını itirənlərin sayı son 24 saatda 1419 nəfər artaraq 824 min 339 nəfərə çatıb. Johns Hopkins Universitetinin topladığı məlumatlara görə, virusa yoluxanların sayı 589 min 356 artaraq 54 milyon 252 min 612 olaraq qeyd edildi.
 
Son 24 saatda 1419 ölümlə ölkə daxilində koronavirusdan ölənlərin sayı 824 min 339-a yüksəlib. Kaliforniya 5 milyon 456 mindən çox yoluxma ilə ölkədə birinci olarkən, bu ştatı təxminən 4 milyon 581 min yoluxma ilə Texas və 4 milyon 90 mindən çox yoluxma ilə Florida izlədi.
 
Kaliforniya 76 min 437 ölümlə birinci olarkən, bu rəqəm Texasda 75 min 744, Floridada 62 min 480-ə yüksəldi.
 
Ölkədə COVID-19 peyvəndi statistikasına nəzarət edən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, 5 və yuxarı yaşda olan əhali qrupunun 78%-i ən azı bir doza, 65,9%-i isə iki doza qəbul edib.
 
Peyvəndi başa çatanların 33,4%-nə əlavə doza verilib. Birinci doza ölkədə 243 milyondan çox insana, ikinci doza 205 milyondan çox insana, əlavə doza isə 68 milyondan çox insana tətbiq edilib.
 
Yoluxmanın ən çox yayıldığı ölkələr:
 
ABŞ –           55,252,612
Hindistan –   34,838,804
Braziliya –    22,277,239
İngiltərə –    12,748,050
Rusiya –      10,499,982
Fransa –        9,740,600
Türkiyə –       9,441,764
Almaniya –    7,142,982
İspaniya –     6,294,74
İran –           6,194,401
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev