İsraildə demək olar bütün koronavirus məhdudiyyətləri aradan qaldırılıb  
01.06.2021 11:35

İsraildə iyunun 1-dən etibarən qapalı məkanlarda maska taxma məcburiyyəti və ölkəyə gələnlər üçün karantin tələbləri istisna olmaqla, koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılıb.

 

Aztibb.az “Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu gündən etibarən yığıncaqların sayına qoyulan məhdudiyyətlər də ləğv edilib. Həmçinin İsrail vətəndaşlarından vaksinasiya və ya koronavirusdan sağalma barədə sənəd tələb olunmayacaq.

 

Gələn həftədən başlayaraq ölkədə 12-15 yaş arası uşaqlar koronavirus əleyhinə peyvənd olunacaq. İsraildə artıq 20 yaşdan yuxarı əhalinin 70 faizindən çoxu vaksinasiya edilib.

 

Son günlər İsraildə koronavirusa yoluxma hallarında kəskin azalma müşahidə olunur. Belə ki, şənbə günü sutka ərzində 12 yeni yoluxma, bazar günü isə cəmi 4 yeni yoluxma halı aşkarlanıb.

 

Qeyd edək ki, İsrail hazırda epidemioloji təhlükə üzrə “qırmızı siyahıya” daxil olan bir sıra ölkə vətəndaşları üçün giriş məhdudiyyətlərini saxlayır. Ölkəyə gələn xarici vətəndaşlar koronavirus testindən keçməli və yola düşməzdən 72 saat öncə keçdikləri testin nəticələrini təqdim etməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub