Qazaxıstanda iyunun 1-dən peyvənd olunanlara arayış veriləcək
31.05.2021 19:03

İyunun 1-dən etibarən Qazaxıstanda peyvənd olunanlara arayış veriləcək.


Aztibb.az yerli KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanın dövlət sanitar baş həkimi Yerlan Kiyasov, COVID-19-a qarşı peyvənd olunan vətəndaşların bu il iyunun 1 –dən etibarən arayış ala biləcəyi haqda qərar imzalayıb.

Bundan başqa tibb müəssisələri tərəfindən iyulun 1-dən Qazaxıstan vətəndaşlarının xaricdə peyvənd vurulmasını təsdiqləyən sənədlər təqdim etdikdən sonra ümumi məlumat bazasına daxil ediləcək.
Səhiyyə Nazirliyinin məlumatına görə, Qazaxıstanda mayın 30-na olan məlumata görə koronavirus peyvəndinin ilk komponenti vurulanların sayı 2,1 milyondan çoxdur.


Qeyd edək ki, hazırda ölkədə üç adda peyvənd - Rusiyanın "Sputnik V", Qazaxıstanın “QazVac” və BƏƏ-nin “Hayat-Vax” şirkətinin istehsal etdiyi Çin peyvəndindən istifadə olunur. Vaksinasiyaya gələnlər hansı peyvənddən istifadə olunmasını özləri seçir, vaksinasiya ölkə daxilində pulsuz həyata keçirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər