Alma sirkəsinin FAYDALARI
28.05.2021 21:22
Sirkələrdən tərkibinə görə ən yaxşısı alma sirkəsidir.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov bildirib. Həkim qeyd edib ki, qandakı şəkər və insulinin miqdarını normada saxlamaq üçün gündə 1 xörək qaşığı sirkəni 1 stəkan suya qarışdırıb içmək lazımdır, amma mədə problemi olanlar ondan istifadə etməməlidir. Yaxud 1 çay qaşığı sirkə 1 stəkan suya qarışdırıb yeməkdən sonra gündə 2-3 dəfə içilə bilər.
Fizuli Hüseynovun bildirdiyinə görə, saçlardakı kəpəyi, saç diblərindəki qaşıntı və səpgiləri götürmək üçün 2 xörək qaşığı sirkəni 1 stəkan su ilə qarışdırın və saçları yuyanandan sonra diblərini həmin məhlulla isladın.
Alma sirkəsi ilə göbələk olan yerlər gündə iki dəfə silinsə, göbələk xəstəliyindən azad olarsınız.
1 xörək qaşığı alma sirkəsinin 1 stəkan su ilə qarışımı həm yüksək xolesterini aşağı salır, həm də arıqlamağa kğmək edir. Bu qarışım iştahanı azaldır. Qarın yağlarını əritmək üçün bu nisbət gündə 1 stəkan olmaqla 3 ay içilməlidir.
Onun sözlərinə görə, alma sirkəsi dərinin pH-nı normal saxlamaq üçün də əla vasitədir, ona görə də üz səpgilərində, günəş ləkələrində, diatezlərdə su ilə bərabər nisbətdə qarışdırılmış alma sirkəsinə pambıq batırılıb gündə iki dəfə silinir.
Tənzifi alma sirkəsində isladıb və varikozlu ayaqlara bağlayıb gündə bir dəfə 1 saat bədən səviyyəsindən hündürdə saxlasanız çıxmış damarlarınız da yavaş-yavaş düzələr.
Alma sirkəsinin evdə hazırlanma qaydası:
5 kq alma
1 stəkan təbii sirkə və ya sirkə anası (1 xörək qaşığı)
2 stəkan şəkər (bal da ola bilər)
Yarım çay qaşığı duz.
Əvvəlcə almalar yuyulur, tumu təmizlənib sürtgəcdən keçirilir (ətçəkən maşından və ya şirəçəkəndən) və yuxarıda yazılanların hamısı 4 litr filtrasiya olunmuş suya əlavə edilərək yaxşı-yaxşı qarışdırılır. Bir qazana tökülür, üstü qapaqla yox tənziflə örtülür, günəş dəyməyən, temperaturu 25 dərəcədən çox olan bir yerə qoyulur və hər gün bir dəfə qarışdırılır. Əgər sirkənin daha tez əmələ gəlməsini istəyirsinizsə, içinə qarışan alma sirkəsinin miqdarını 0.5 litrə qədər artıra bilərsiniz. Təxminən 1 aydan sonra sirkəniz hazırdır.
Bu bölməyə aid digər xəbərlər
ABŞ-da narkolepsiya üçün ilk kompleks təsirli dərman təsdiqlənib
07.08.2026 | 20:27
Gələn ildən tibb tələbələri qapalı atom şəhərlərində təcrübə və iş imkanı əldə edəcək
07.08.2026 | 19:32
Ağır COVID-19 xəstələrində herpes virusunun aktivləşməsi ölüm riskini artıra bilər
07.08.2026 | 18:38
Yeni tədqiqat: Atanın yedikləri körpənin inkişafına təsir göstərə bilər
02.08.2026 | 20:00
Divertikulyoz və divertikulit: Fərq nədir?
02.08.2026 | 10:30
Çində 16 min il əvvəl yaşamış insanın üzü rekonstruksiya edilib
03.04.2025 | 11:26
İlon Mask 2025-ci ilin sonlarında görmə qabiliyyətini artıran implantı elan edəcək
03.04.2025 | 10:32
Antibiotiklərə davamlı Staphylococcus aureus ilə mübarizə apara bilən molekul sintez edilib
03.04.2025 | 08:27
Çəki idarə etmək üçün kalori hesablama metodu köhnəlib
03.04.2025 | 07:16
Endokrinoloq oynaqlar üçün ən zərərli dənli bitkilərin adlarını açıqlayıb
02.04.2025 | 11:25
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

