Mingəçevir Dövlət Universitetinin tələbələri vaksinasiya olunublar
27.05.2021 12:42

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbləri könüllü olaraq COVID-19 əleyhinə vaksinasiya prosesində aktiv iştirak edərək, birinci doza peyvənd olunublar.

 

Universitetdən bildirilib ki, təhsil müəssisəsinin ilk növbədə, yaşı 65-dən yuxarı olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşları mərhələli şəkildə vaksinasiya prosesində iştirak ediblər. Sağlamlıqlarına, ölkəmizdə olan sanitar-epidemioloji vəziyyətə həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən MDU kollektivinin 90 faizindən çoxu artıq vaksinasiyadan keçib. Hazırda bu prosesdə tələbələrin aktiv iştirak etməsi üçün hər bir fakültənin dekan və müəllimləri tərəfindən təbliğat işləri aparılır.

 

Eyni zamanda, əhali arasında vaksinasiya ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirlərində universitetin professor-müəllim və tələbə heyəti üzvləri də fəal iştirak edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub