Yaponiya koronavirusun ikinci dalğasını yaşayır?
20.08.2020 10:46

Yoluxucu xəstəliklər üzrə mütəxəssislərin rəyinə görə, Yaponiya hazırda koronavirusun ikinci dalğasını yaşayır və onun inkişafı ciddi nəzarət altında saxlanılmaldır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Yaponiya Yoluxucu Xəstəliklə Assosiasiyasının Tokioda onlayn formatda keçirilən konfransı zamanı bildirilib. Qeyd edilib ki, konfransın ilkin olaraq apreldə təşkili nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə onun tarixi avqusta dəyişdirilib.

 

Konfransın açılış mərasimində çıxış edən assosiasiyanın prezidenti Tateda Kacuhiro bildirib ki, Yaponiya hazırda pandemiyanın ikinci mərhələsindədir. Paytaxt Tokioda və digər rayonlarda infeksiyanın zirvə nöqtəsinə çatdığını qeyd edən T.Kacuhiro onun gələcək inkişafının diqqətlə izlənilməsinin zəruri olduğunu deyib.

 

Pandemiyanın üçüncü və dördüncü dalğalarının da olacağını ehtimal edən assosiasiyanın prezidenti insanların virus şəraitində yaşamağı öyrənməsinin vacibliyini vurğulayıb.

 

T.Kacuhiro qeyd edib ki, assosiasiya ağır xəstələrin sayının azalması, səhiyyə müəssisələrinin yükünün yüngülləşdirilməsi üçün qabaqcıl bilikləri toplayaraq işini daha səmərəli formada davam etdirməyə çalışacaq.

 

Avqustun 21-dək davam edəcək konfransda virusun müalicəsi ilə bağlı yeni üsullar, bu istiqamətdə aparılan elmi tədqiqatlar barədə məruzələr dinləniləcək. Tədbirdə həm real, həm də onlayn formatda 3 min mütəxəssis iştirak edir.

 

Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı təqribən 60 minə çatıb. Onlardan 1100 nəfər həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib