Damar sağlamlığını necə qoruyaq?  - Nevroloqların TÖVSİYƏLƏRİ
25.05.2021 13:34

Nevroloqlar indiki dönəmdə insanlarda baş ağrısı hallarının tez-tez yaşandığını söyləyirlər. Onlar insanlara bədəndə qanın maye hissəsinin damar divarından toxumalara sızması nəticəsində yaranan şişkinliyin – ödemin meydana gəlməsi ilə baş verən miqren ağrılarının qarşısını alan, maqneziumla zəngin meyvə və tərəvəzlərdən hazırlanan qarışığın içilməsini təklif edirlər.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislər damarlarımızın sağlamlığı üçün ispanaq, kərəviz, kətan toxumu, banan və çiyələk kimi bitkilərdən hazırlanan çayların, eləcə də gündə ən az 2 litr su içməyin vacib olduğuna diqqət çəkiblər.

 

Bədəndəki ödem və şişkinlik miqrenə əsas yaradır. Odur ki, ödemə səbəb olmayacaq qidalar istehlak etmək məsləhət görülür: “İnsanlar dərman qəbul etmək əvəzinə yediklərinə diqqət edərsə baş ağrısının qarşısını ala bilərlər. Bağırsaqlar orqanizmin idarəetməsində böyük rola malikdir. Buna görə də yediyimiz və içdiyimiz qidaların tərkibini nəzərə alsaq, bəzi qidalardan isə uzaq dura bilsək miqrenin qarşısını ala bilərik”.

 

“Paketlənmiş qidalar, emal olunmuş ət, pendir, dəniz məhsulları və enerji içkiləri qanda xolesterinin səviyyəsini artırır. Artıq xolesterin damarlarda yığılaraq onları daraldır, zəif və kövrək edir. Damarın ürək və ya beyində partlaması isə infarkt və ya insulta səbəb olur. Yaxşı olar ki, bol maye qəbul edəsiniz, maqneziumla zəngin, antioksidan əsaslı göyərti yeyəsiniz. İspanaqda maqnezium var. Kofe və kətan toxumu isə antioksidant xüsusiyyətlərə malikdir. Bu da ürək və beyin damarlarının sağlamlığını qorumağa kömək edir” , – deyə mütəxəssislər bildiriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev