İmmunitet orqanizmin infeksiyalardan bioloji müdafiə sistemidir
25.05.2021 10:26

Bir ildən çoxdur ki, yeni növ koronavirus (COVID-19) infeksiyası dünyanı öz ağuşuna alıb. Bir sıra ölkələr, o cümlədən Azərbaycan pandemiyaya qarşı ardıcıl və məqsədyönlü mübarizə aparır, mühüm tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, hazırda ölkəmizdə COVID-19 ilə bağlı epidemioloji durum müsbət istiqamətdədir. Lakin ekspertlərin vurğuladıqları kimi, nə qədər ki, yeni növ koronavirus infeksiyası mövcuddur, arxayınlaşmaq olmaz.


Mütəxəssislər qeyd edirlər ki, COVID-19-dan qorunmağın ən yaxşı yolu gigiyena qaydalarına xüsusi əməl etməklə yanaşı, güclü immun sisteminə malik olmaqdır. Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, ümumi cərrah Namiq Novruzov bildirib ki, immunitet və ya immun sistemi yeni növ koronavirus infeksiyası ilə mübarizədə çox mühüm rol oynayır:

 

“Hazırda pandemiya dövründə günün ən aktual məsələlərindən biri də immunitetin möhkəmləndirilməsidir. İmmunitet orqanizmin infeksiyalardan bioloji müdafiə sistemidir. Onun vasitəsilə orqanizm bütün yad parazit, virus, mikrob, göbələk və hətta təhlükə yaradan hüceyrələrdən qorunur. Belə ki, COVID-19 xəstəliyi immuniteti zəif olanlarda daha ağır və fəsadlarla keçir, bir çox hallarda ölümlə nəticələnir. Peyvənd olunduqdan sonra insan orqanizmində yaranan anticisimlərin səviyyəsi xəstəlikdən sonra olan səviyyədən də qat-qat yüksək olur və həmin orqanizmi bir neçə il infeksiyadan qorumaq qabiliyyətinə malik olur”.

 

“Hər kəsə öz həyatını pandemiyanın əvvəllərindən deyildiyi kimi, qoruyucu maskadan istifadə etmək, gigiyena qaydalarına əməl etmək və sosial məsafə saxlamaqla davam etdirməsi tövsiyə olunur. Peyvənd olunsaq da, hər ehtimala qarşı deyilənlərə əməl etməyimiz məsləhət görülür”, - deyə N.Novruzov qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub