Koronavirusun qarşısının alınması üçün ayrılmış vəsaitdən tam istifadə edilməyib - Hesablama Palatası 
24.05.2021 18:47

Hesablama Palatası COVID-19 infeksiyasının yayılmasının qarşının alınması məqsədilə səhiyyə sahəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış vəsaitin tam istifadə edilmədiyi, həmçinin həmin vəsaitlərin istifadəsi zamanı təsdiq edilmiş qaydalara riayət edilməməsinin nəticəliliyə təsir göstərdiyi qənaətindədir.

 

Bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

 

Rəydə qeyd olunub ki, aparılmış analitik prosedurlarla əldə edilmiş nəticələrə əsaslanmaqla yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2020-ci ildə ayrılmış 596,5 mln. manat məbləğində vəsaitin 556,8 mln. manatı və ya 93,3%-i icra edilib, 39,7 mln. manatı və ya 6,7%-i İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bank hesabında qalıb. İcra edilmiş vəsaitin əsas hissəsi, başqa sözlə 291,6 mln. manatı və ya 52,4%-i dərman, sarğı ləvazimatlarının və materiallarının, vaksinlərin, tibbi maşın və avadanlıqların və digər tibbi vasitələrin alınmasına, 169,5 mln. manatı və ya 30,4%-i koronovirusla mübarizə tədbirlərinə cəlb edilmiş dövlət və özəl tibb müəssisələrinin işcilərinin əmək haqlarına əlavənin, həmcinin könüllü işə cəlb olunmuş şəxslərə xidmət haqlarının ödənilməsinə, 62,5 mln.manatı və ya 11,2%-i qeyri-dövlət tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin haqqının ödənilməsinə, 10,9 mln. manatı və ya 2,0%-i karantin müəssisələrində otel xidmətlərinin göstərilməsinə, 8,4 mln. manatı və ya 1,5%-i ərzaq məhsullarının alınması və digər istehlakyönlü xidmətlərin haqqının ödənilməsinə yönəldilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub