Ölümlə nəticələnən xəstəliklər sıyahısında xərçəng ilk sıralardadır - AÇIQLAMA
22.05.2021 16:32

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın 20 il ərzində xərçəngə tutulma hallarının 70 faiz artacağını proqnozlaşdırır. Təşkilatın hesabatına əsasən, xəstəliyə yeni tutulma hallarının 60 faizdən çoxu Afrika, Asiya, Mərkəzi və Cənubi Amerikanın payına düşür.

 

Aztibb.az xəbər verir ki, Beynəlxalq Xərçəng Qeydiyyatı Assosiasiyası isə bu xəstəliyin 4 növünün - ağciyər, döş, bağırsaq və prostat xərçənginin daha geniş yayıldığını bildirib. Ümumilikdə isə 100 müxtəlif xərçəng növü vardır. Qadınlarda döş, kişilərdə isə prostat vəzi xərçənginə daha sıx rast gəlinir.

 

Bu dəhşətli xəstəlikdən ölən uşaqların sayı daha çoxdur. Uşaqlarda müşahidə edilən şişlər əsasən embrional şişlərdir. Embrional şişlərin əmələ gəlməsinin səbəbi anaların, ataların genetik şiş daşıyıcısı olmasıdır. 

 

Pəhriz xərçəngdən qorunmanın əhəmiyyətli hissəsidir. Asanlıqla qarşısı alına bilən xərçənglər müəyyən davranışlarla sıx əlaqəli olanlardır. Siqaret çəkməmək, yaxud spirtli içki içməmək əsasən ağciyər, boğaz, ağız və qaraciyər xərçəngi kimi bir sıra xərçəng növlərinin yaranma riskini azaldır. Müəyyən peyvəndlər bəzi xərçəng növlərinin qarşısının alınmasında müsbət rol oynayır.

 

Mütəxəssislər bildirirlər ki, risk amilləri arasında əsası siqaretçəkmədir. Tədqiqata görə, piylənmə və artıq çəki problemi ilə bağlı onkoloji xəstəliklərə tutulma hallarının miqdarı bütün dünyada artır. Aşağı gəlirə malik Asiya və Afrika ölkələrində xərçəngin əsas səbəbi infeksiyadır. Daha bir risk amili isə havanın çirkləndirilməsidir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev