Ramazan ayından sonra kökəlmə riski - Diyetoloq tövsiyəsi
13.05.2021 22:21

Həkimlər insanları orucdan sonra normal bəslənmə rejiminə keçərkən diqqətli olmağa çağırırlar. Orucluqda aclığa alışan orqanizmi həddindən artıq yükləmək,  xüsusilə ağır yeməklərdən istifadə etmək ürəkdə və həzm sistemində problemlər yarada bilər.

 

Aztibb.az xəbər verir ki, Ramazandan sonra insanda çox yemə istəyi artmağa başlayır, bu da orqanizmi artıq çəki problemi ilə üz-üzə qoyur. Diyetoloqlar çəkini artıran səbəbləri sadalayıblar. Bunlar xeyli miqdarda şəkərli çay və qəhvə içmək, unlu məmulatlardan çox istifadə, şəkər və şirni istehlakını artırmaq və s.-dir.


Artıq çəkidən yayınmaq üçün diyetoloqlar insanları qida seçimində diqqətli olmağa çağırırlar. Bayramda günorta və axşam yeməyindən imtina edilməməlidir. Naharda qızartma, sosiska, kolbasa kimi yağlı və duzlu yeməklərin qəbulundan çəkinməli, pendir, yumurta, pomidor, xiyar kimi məhsullara üstünlük verilməlidir. Günorta yeməkləri üçün şorba, ayran, salat, qatıq və tərəvəz yeməklərindən istifadə etmək lazımdır. Axşam menyusu isə sadə və yüngül olmalıdır. Yatmazdan 2 saat əvvələ qədər yemək- içmək işini bitirmək vacibdir.

 
İdmanı unutmamaq

 

Sağlam yaşamağın əsas qaydalarından biri olan fiziki məşğuliyyətdən imtina etmək olmaz. Çünki, fiziki aktivlik bağırsaq hərəkətlərini artırır, qanda-şəkəri və xolesterolu azaldır, həm də kilo itirməyə kömək olur.

 

“Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq, bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətinə gətirməkdə yardımçı olar, həzm prosesini yaxşılaşdırar, kökəlmə riskini aşağı salar. 40-50 dəqiqə idmanla məşğul olmaq gün ərzində yaxşı əhval-ruhiyyədə qalmağı təmin edər, həm də sağlam vücuda sahib olmağa yardımçı olar”, – deyə mütəxəssislər bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev