Təhlükəsiz qidalanma sağlamlığın əsas prinsipidir
07.06.2021 11:36

Aztibb.az Ümumdünya Qida Təhlükəsizliyi Günündə təhlükəsiz, sağlam qida və düzgün qidalanma ilə bağlı bəzi məlumatları sizinlə paylaşdı.

 

Davamlı sosial inkişafı cəmiyyətin sağlamlığı olmadan təsəvvür etmək mümkün deyil. Lakin ötən əsrdən başlayan əhali artımı, texnologiya və qloballaşma nəticəsində dəyişən yaşayış tərzi sağlam qidalanma prinsiplərinin də gündəlik həyata tətbiqini çətinləşdirir. Hazırda dünya ölkələri qarşısında insanların ərzaq ehtiyacını qarşılamaqla yanaşı, sağlamlıq baxımından qida məhsullarının kimyəvi və mikrobioloji təmizliyini təmin etmək də durur.


Yemək vərdişlərimiz sağlamlığımızı birbaşa müəyyənləşdirir. Əksər hallarda isə sağlamlıqdan daha çox mədəmizin doyması üçün yemək yeyirik. Lakin bu cür yemək vərdişinin yarada biləcəyi sağlamlıq təhlükələri barədə tamamilə məlumatsızıq.


Ümumiyyətlə hər bir qidanın orqanizmin fiziki və zehni inkişafında oynayacağı fərdi rolu vardır. Sağlam qidalanma, yalnız qaynadılmış yeməklərin yeyilməsi, az yemək və ya yağa yox demək deyil. Sağlam qida vərdişi hər şeyi lazımi miqdarda və düzgün şəkildə yeməkdir.


Qida məhsullarını şərti olaraq 3 yerə bölmək olar: birinci – qanda xolesterolun səviyyəsinin artmasına imkan yaradan, ikinci – qanda xolesterolun səviyyəsinə aid olmayan, üçüncüsü – qanda xolesterolun səviyyəsini azaldan. Faydalı yağlar əsasən tərəvəzlərdə və balıqda yerləşir. Ziyanlı yağlar isə ət, dəniz və süd məhsullarında, eləcə də kokosda mövcuddur.


Meyvə, tərəvəz, dənli və paxlalı bitkilər, yəni kompleks karbohidrat, lif, vitamin və mineral cəhətdən zəngin, az yağlı və xolesterolsuz ərzaqlar qida rasionumuzun əsas hissəsini təşkil etməlidir. Qalan hissəsini də az yağlı süd məhsulları, yağsız ət, toyuq və balıq tamamlamalıdır. Yeməkdə həm zülallara, həm də karbohidratlara yer verilməlidir.


Rafinə olunmuş qidadan, tərkibinə dadlandırıcı, konservant, kimyəvi boyaq maddələri və s. daxil olan zərərli məhsullardan, eləcə də bağırsaqlarda qıcqırma əmələ gətirən və disbakterioz yaradan ağ çörək və şirniyyatdan imtina etmək, şəkərin istifadəsini azaltmaq, imkan daxilində onu balla əvəz etmək lazımdır.


Hazırlanma prosesi zamanı zərərli bakteriya, virus, parazit və ya kimyəvi maddələri ehtiva edən təhlükəli qidalar ishaldan – xərçəngə kimi 200 dən çox müxtəlif xəstəliklərə səbəb ola bilir.


Qida təhlükəsizliyi ilə bağlı 5 məqama xüsusi diqqət yetirməliyik. Yeməyi təmiz saxlamaq, çiy yeməyi bişmişlə qarışdırmamaq, yeməyi tam bişirmək, yeməkləri tələb olunan temperaturda saxlamaq, sudan və təhlükəsiz xammaldan çox yararlanmaq.


Hazırda dünyada genetik baxımdan tərkibi dəyişdirilmiş qidanın verəcəyi nəticələr və belə məhsulların gələcək təhlükəsizlik aspektləri narahatlıq doğurur. GMO-nun təhlükəsi təkcə genin yeridilməsi yox, həm də hansı genin qidalarımızda yer almasıdır. Çünki genlər mutasiyaya məruz qala, yeridildiyi orqanizmə ziyanlı təsir edə bilərlər. Belə olan halda, genlər zəhərli zülallar əmələ gətirir, bununla da insan və heyvanda toksikoz və allergiya halları yaranır. Təəsüf ki, kasıb ölkələrdə belə məhsulların yetişdirilməsi kommersiya maraqlarına bağlıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev