Orucluqdan sonra ilk günlər üçün MENYU
13.05.2021 13:22

Ramazan ayı boyunca mədə və bağırsaq sistemi gündə iki dəfə qida istehlakına uyğunlaşmağa başlayır. Orucluq bitdikdən sonra psixoloji olaraq həddindən artıq yemək yemə meyli müşahidə edilir.

 

Aztibb.az xəbər verir ki, səhhətinizdə müəyyən problemlərin yaranmaması üçün köhnə bəslənmə vərdişinə mərhələli dönmək lazımdır. Bayram səhəri günə yüngül bir nahar edilərək başlanılmalıdır.  

 

Nahar menyusu

 

Naharda pendir, zeytun, pomidor, xiyar, cem, bal və ya bəhməz, kəpək çörək, yumurta, süd, meyvə kimi yüngül qidalar yeyilməlidir. Yeməklər birdən-birə və çox miqdarda deyil, gün ərzində az miqdarlarda hissə-hissə istehlak edilməlidir. Təlabatınıza uyğun maye qəbul edilməlidir. Çay, qəhvə, kolalı içkilər su, ayran, kompot, meyvə şirəsi ilə  əvəz edilməlidir. Günorta yeməyinə şorba, ətli tərəvəz yeməyi, qatıq, ayran, kəpək çörək seçilməlidir.

 

Şam yeməyi menyusu

 

Axşam yeməyində qızartma (ət, toyuq, balıq), salat, qatıq və ya kəpək çörəyi, kəpəkli makaron və ya yarma plovu kimi məhsullar seçilsə daha yaxşı olar.

 

Lifli qidaların (paxlalı bitkilər, xurma, göyərti, meyvə) istehlakı artırılmalıdır. Belə qidalar qan şəkərini, qan təzyiqini (təzyiqi) və qan xolesterolunu istənilən səviyyədə nəzarətdə  saxlamağa kömək edər. Lifli məhsulların qalın bağırsaq xərçəngindən qoruyucu təsirləri də mövcuddur. Buğda çörəyi yerinə kəpək, çovdar, yulaf çörəyini; düyü yerinə yarma seçməkdə fayda vardır. Hətta düyü, makaron, əriştə və unun da kəpəkli olanlarını istifadə etmək daha məsləhətdir. Tərəvəz və meyvələrdən tez-tez istifadə edilməlidir. Soyulmadan yeyilə bilənləri yaxşıca yuduqdan sonra qabıqlı istehlak etmək həmişə faydalıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev