15 may - Beynəlxalq İqlim Günüdürİqlim dəyişikliyi və sağlamlıq riskləri
15.05.2021 10:40

Hər il mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, bu günün qeyd edilməsində məqsəd cəmiyyətin diqqətini iqlimin müdafiəsinə yönəltməkdir.

 

Bu gün bəşəriyyətin qlobal problemlərindən olan istiləşmə, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi iqliminin pisləşməsinə səbəb olur. Nəticədə insanların ərzaq, həyati və mülki təhlükəsizliyi sual altında qalır.

 

Odur ki, iqliminin stabil saxlanılması hər bir planetlinin öhdəsinə düşür. İqlimin dəyişməsi başlıca olaraq insanların sağlamlığında ciddi dəyişikliklərə və ekosistemlərin dəyişməsi ilə yeni xəstəliklərin yaranmasına səbəb olur.

 

Hava sağlamlığa artıq güclü təsir göstərməkdədir. Yüksək hərarət və daşqınlar kimi təbii fəlakətlər zamanı malyariya, eləcə də ona bənzər həyat üçün təhlükəli olan ötürücü xəstəliklərin modelləri dəyişir.

 

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri nəticəsində getdikcə daha çox adam aclıq və ya doyunca yeməməkdən əziyyət çəkəcək, yoluxucu xəstəliklər isə daha sürətlə yayılmağa başlayacaq. Bu proses, ilk növbədə, kifayət qədər qida əldə etməyən adamların infeksiyalara yoluxmağa daha meyilli olduqları yoxsul ölkələrə təsir edəcək.

 

Alimlərin qənaətinə görə, elektrik enerjisinin istehsalı üsulunun dəyişdirilməsi havanın keyfiyyətini yaxşılaşdıracaq. Məsələn, ictimai nəqliyyat vasitələrindən təhlükəsiz istifadənin və şəxsi avtomobillərə alternativ olan velosipedlər və ya piyada hərəkət etməyin həvəsləndirilməsi, karbon qazlarının tullanmasını azalda və əhalinin sağlamlığını yaxşılaşdıra bilər. Adamların piyada və ya velosipedlə hərəkət edəcəkləri sadə, lakin aktiv həyat tərzi diabet, döş vəzisi xərçəngi xəstələrinin sayını, eləcə də ürək-damar sistemi xəstəliklərinin, qocalıq skrelozu və depressiyanın inkişafını azaldacaq.

 

Bütün populyasiyaların iqlim dəyişikliyinin təsiri ilə üzləşməsinə baxmayaraq, dünyanın müəyyən bölgələri digərlərindən daha çox risk altındadır. İqlim dəyişikliyinin sağlamlığa təsirlərindən ən çox risk alan yerlər sahil, dağlıq, qütb bölgələri, kiçik adalar, meqapolislər, səhiyyə müəssisələrinin çatışmazlığı olan ölkələr və inkişaf etməkdə olan ölkələrdir.

 

Müəyyən insan qruplarının sağlamlığı da iqlim dəyişikliyinin təhlükəsi ilə daha çox risk altındadır. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqlar, yetkinlər, əvvəlcədən mövcud sağlamlıq şərtləri olan insanlar, iqtisadi cəhətdən kasıb insanlar və sosial cəhətdən təcrid olunmuş insanlar bunlara daxildir.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır