Ramazandan sonra sağlam bəslənməyə DİQQƏT!
13.05.2021 16:18

Bu gün ölkəmizdə Ramazan bayramı qeyd olunur. Bayram günləri bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca dincələn orqanizmə ağır gələ bilər.

 

Ay boyunca oruc qrafikində qidalanan orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlar yarana bilir? Aclığa və susuzluğa öyrəşmiş orqanizmi bundan sonra əvvəlki vərdişinə qaytarmaq üçün nələr edilməlidir?

 

Aztibb.az xəbər verir ki, Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə dönmək müəyyən problemlərə yol aça bilər. İlk növbədə maddələr mübadiləsini sürətləndirmək lazımdır. Bunun üçün gün ərzində meyvə, qatıq və süd məhsulları  qəbul etmək məsləhətdir. Bu, həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər. 

Mütəxəssislər aclığa alışan bədənin normal yemə nizamına öyrəşməsi üçün ən az 9 gün lazım olduğunu bildirirlər. Qəlyanaltıların yüngül, günorta yeməklərinin isə az yağlı, daha çox sulu yeməklərdən hazırlanması vacibdir. Ağır həzm edilən qidalardan çəkinmək məsləhətdir. Bol su içilməlidir.

 

İnsan orqanizminin Ramazandan sonra tam normal vəziyyətə düşməsi üçün 3 həftə vaxt lazımdır. Ən çox süd-qatıq-pendir, ət-balıq-toyuq, paxlalı bitkilər və meyvə-tərəvəz qrupundan olan qidalar istehlak edilməlidir.

 

Adətən iftar yeməklərində insanlar qırmızı ət, çörək, plov, makaron, xəmir xörəkləri, şirni kimi  karbohidrat və zülalla zəngin qidaları seçirlər. Tərəvəz və meyvə kimi lif nisbəti yüksək, ancaq enerji dəyəri daha aşağı olan qidalardan uzaq durur, ya da az qəbul edirlər. Bu da həzm sistemində müəyyən problemlərin yaranmasına, qəbizlik və sürətli çəki artımlarına səbəb olur. Ramazan bayramında bu problemlərdən yaxa qurtarmaq üçün karbohidrat və zülalla zəngin bəslənmə yerinə tərəvəz, meyvə tipli məhsulları seçmək və nizamlı qidalanmaq lazımdır.

 

Orucluq ayında boş qalmağa vərdiş edən mədə üçün  çox qida qəbulu ağır olur. Həzm sistemi yüklənilir, nəticədə mədədə bulanma, turşuma, qıcqırma kimi hallar müşahidə edilir. Ona görə də, bayram süfrəsində oturduğunuz zaman yeyə biləcəyiniz miqdarda qida qəbul etmək lazımdır. Yağlı şokoladın və həzmi çətin olan şirniyyatların çox istehlak edilməsi  həzm sisteminin fəaliyyətinin pozulmasına, qusmağa və ishala səbəb ola bilər.



Əziz izləyicilər!

Müqəddəs Ramazan bayramınızı təbrik edirik. Uca Allahdan sizə sağlam ömür nəsib etməyi diləyirik.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev