Koronavirusa yoluxma üzrə Avropa İttifaqı ölkələri arasında LİDER ölkə
21.05.2021 13:45

İsveç əhalinin sayı ilə müqayisədə koronavirusa yoluxanların miqdarına görə Avropa İttifaqı ölkələri arasında liderdir.

 

Avropa Xəstəliklərin profilaktikası və onlara nəzarət mərkəzinin məlumatına görə, son 14 gün ərzində İsveçdə hər 100 min sakinə 577,5 yeni yoluxma halı qeydə alınıb. Bu, Avropa iqtisadi zonası ölkələri arasında ən yüksək göstəricidir.

 

İsveçin ardınca ən çox yoluxanların sayı Litvada müşahidə edilib. Bu ölkədə hər 100 min sakinə 563 yoluxma halı aşkarlanıb. Həmin göstəricisi üzrə üçüncü yeri tutan Kiprdə hər 100 min nəfərə 522 yoluxma qeydə alınıb.

 

Lakin yoluxmaların yüksək səviyyəsinə baxmayaraq, İsveçdə virusla bağlı ölüm hallarının sayı nisbətən azdır. Belə ki, bu ölkədə son iki həftə ərzində hər milyon nəfərə təqribən 7,9 ölüm halı qeydə alınıb.

 

Avropa İttifaqının digər ölkələri ilə müqayisədə İsveç pandemiya ilə mübarizədə əvvəlcə daha mülayim siyasətə üstünlük verib. Bu məsələ ilə bağlı qərarlar qəbul edilməsi əksər hallarda ekspertlərə həvalə edilmişdi. Ekspertlər isə lokdaun əvəzinə müxtəlif tövsiyələrə və vətəndaş düşüncəliliyinə arxayın olmağa qərar veriblər. Nəticədə ölkə məhdudiyyətlərin sərtləşdirilməsinə, hətta məhdudiyyətlərin tətbiqini və qayda pozucularının cərimələndirilməsini nəzərdə tutan pandemiya barədə qanunun işlənib hazırlanmasına və qəbul edilməsinə məcbur oldu. İsveçdə koronovirus qurbanlarının sayı Skandinaviya regionu üzrə bütün ölkələrin ümumi göstəricidən bir neçə dəfə aşağıdır. Öz növbəsində, ümumilikdə pandemiya dövründə bu 10 milyonluq ölkədə milyon nəfər həddini üstələyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub