“Sinovac” şirkətinin COVID-19 peyvəndi 99 faiz effektivdir - ARAŞDIRMA
20.05.2021 16:01

Tailandın Çulalonqkorn Universitetinin alimlərinin apardıqları araşdırmalar nəticəsində Çinin “Sinovac Biotech” şirkətinin “CoronaVac” peyvəndinin COVID-19 virusuna qarşı immunitetin yaranmasında 99,49 faiz effektiv olduğu müəyyənləşib.

 

Aztibb.az xəbər verir ki, universitetin kliniki virusologiya mərkəzinin təşkil etdiyi araşdırmanın nəticələrinə əsasən, “CoronaVac” peyvəndinin 1-ci dozasını qəbul edənlərin 66 faizində 3 həftə sonra virusa qarşı anticisimlər yaranıb. İkinci dozadan 4 həftə sonra isə peyvəndi qəbul edənlərin əksəriyyətində immun sistemi formalaşıb.

 

Qeyd edək ki, "Sinovac" şirkətinin istehsalı olan COVID-19 virusu əleyhinə vaksinlər Çin də daxil olmaqla bir neçə ölkədə təcili və kütləvi istifadə üçün təsdiqlənib. Bu vaksinlər Avropa, Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsində, o cümlədən, Türkiyədə, Braziliyada, İndoneziyada, Malayziyada, Macarıstanda, Serbiyada vaksinasiya prosesində istifadə olunur. Şirkət indiyədək 260 milyon doza “CoronaVac” peyvəndi istehsal edərək, sifarişçilərə çatdırıb.

 

Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurasının (SAGE) hesabatında “Sinovac” şirkətinin peyvəndinin COVID-19 infeksiyasına qarşı təhlükəsizlik və yaxşı effektivlik göstərdiyini qeyd edilmişdi. Avropa Dərman Agentliyi (EMA) “Sinovac” şirkətinin peyvəndinin Avropa İttifaqında tətbiqinə icazə verilməsi üçün prosedurlara start verib.

 

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən də istifadə olunur.

 

Şirkət peyvəndə artan tələbatı nəzərə alaraq illik istehsal gücünü 2 milyard dozaya çatdırmaq üçün 3-cü istehsal xəttini istifadəyə verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub