Səyyar briqadalar vasitəsilə 25 mindən çox vətəndaşa peyvəndin 1-ci dozası vurulub
20.05.2021 11:40

COVID-19 xəstəliyi əleyhinə mübarizə istiqamətində insanların peyvənd edilməsi prosesi ölkəmizdə uğurla davam edir. Aprelin 2-dən başlayaraq tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə TƏBİB tərəfindən səyyar briqadalar təşkil olunub. Bu günə qədər səyyar briqadanın ünvanına 100-dən artıq dövlət və özəl ali təhsil müəssisələrindən və başqa idarələrdən vaksinasiya ilə bağlı müraciətlər daxil olub. Son statistikaya görə, 25 mindən çox vətəndaşa 1-ci doza, 5 mindən çox vətəndaşa isə 2-çi doza məhz səyyar briqadalar vasitəsilə vurulub.

 

Ölkənin siyasi flaqmanı olan Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə partiyanın gənc üzvləri könüllülük əsasında peyvənd olunub. Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.

 

Bunu TƏBİB-in departament rəhbəri Aygün Əliyeva YAP gənclərinin iştirakı ilə keçirilən vaksinasiya aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

 

A.Əliyeva xatırladıb ki, ölkəmizdə vaksinasiya aksiyasına bu ilin yanvar ayının 18-dən start verilib. Vaksinasiya Strategiyasına uyğun olaraq, ilk növbədə səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslər vaksinasiya olunublar. Martın 22-dən 40 yaşdan yuxarı, mayın 10-dan isə 18 yaşdan yuxarı insanların vaksinasiyası həyata keçirilir. TƏBİB-in əməkdaşı bildirib ki, son statistikaya görə, vurulan vaksinlərin ümumi sayı 1 milyon 800 mindən artıqdır. Belə ki, 1 milyondan çox vətəndaşımız birinci mərhələ üzrə, 800 mindən çox vətəndaşımız isə ikinci mərhələ üzrə vaksinasiya olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub