Vaksinasiyaya bu templə davam etsək, yaxında koronavirusa qalib gələ bilərik - Bakı Sağlamlıq Mərkəzinin direktoru
19.05.2021 13:06

Bu gün COVID-19 pandemiyası ilə bütün dünya mübarizə aparır və bu mübarizədə ölkələrin üzərinə böyük məsuliyyət düşür.

 

Aztibb.az-ın məlumatına görə, bunu Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov deyib.

 

O, bildirib ki, koronavirus infeksiyasına qalib gəlməyin yeganə yolu insan orqanizmində anticisimlərin yaranmasıdır: "Bunun da iki yolu var. Birincisi, koronavirusa yoluxmaqdır ki, bu da sonra xoşagəlməz hadisələrə gətirib çıxara bilir. Ən təhlükəsiz yol isə vaksinasiyadır. Azaldılmış dozada virusun insan orqanizminə tanıdılması ilə anticisim yaranır ki, bu da orqanizmdə immunitet formalaşdırır".

 

Direktor bildirib ki, hazırda bir sıra ölkələr vaksin qıtlığı yaşayır: "Ölkəmizdə mayın 18-dən "Sputnik V" vaksininin tətbiqinə başlanılıb. Dünən 100-ə yaxın şəxs vaksin olunub. Hazırda bu vaksinə ciddi tələbat var. Mərkəzdə vaksinasiya ilə bağlı 3 zona yaradılıb. Həmin zonalarda "Sinovac", "AstraZeneca" və "Sputnik-V" vaksinləri tətbiq olunur. Vaksinasiya könüllü olaraq həyata keçirilir. Vaksin olunmaq istəyən şəxslərə xüsusi blanklar verilir ki, həmin blanklar vasitəsilə onlar hansı vaksini istəyirlərsə, o vaksini seçmək imkanı yaradılır".

 

A.Həsənov deyib ki, insanlar həm mərkəzə müraciət etməklə, həm də onlayn qeydiyyatdan keçməklə vaksin oluna bilərlər: "Əhaliyə çağırış edirik ki, bu infeksiyadan qorunmaq üçün vaksin olunsunlar. Əvvəllər vaksin olunanda insanlar arasında fikir ayrılığı olurdu. Amma indi 3 növ vaksin arasında vətəndaş seçim edir. 3 növ vaksin tətbiq edilən mərkəz kimi deyə bilərik ki, indiyə qədər vaksin vurulanlar arasında əks-reaksiya olmayıb. Biz bu templə davam etsək, güman ki yaxın müddətdə ölkədə koronavirusa qalib gələcəyik".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər