Koronavirusun aktiv dövründə peyvənd vurulmamalıdır
17.05.2021 13:03

Ölkəmizdə 18 yaşından yuxarı hər kəs yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd oluna bilər.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Bəylər İmanov deyib: “Məlumdur ki, əksər ölkələrdə, həmçinin Azərbaycanda, 18 yaşına qədər olanlara peyvənd vurulmur. Son vaxtlar aparılan araşdırmalar nəticəsində sübut olunub ki, uşaq və yeniyetmələr çox az hallarda virusa yoluxur və çox az hallarda da daşıyıcı olurlar. Elə körpələr var ki, dünyaya genetik anomaliyalarla doğulurlar və onlar risk qrupunda hesab edilirlər. Onların həyatını qorumaq üçün hazırda peyvəndlər işlənilib hazırlanır. Burada əsas məqsəd peyvəndin səmərəliliyi və təhlükəsizliyidir”.

 

Həkim-terapevtin dediyinə görə, xəstəliyin aktiv dövründə peyvənd vurulmamalıdır: “Yoluxmadan sağalandan sonra təxminən altı ay xəstələnmə halı baş vermir və ya təkrar xəstələnənlər çox az faiz təşkil edir. Yalnız xəstəlikdən ən azı altı ay keçəndən sonra peyvənd vurdurmaq haqqında düşünmək olar”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər