Pandemiyanın ikinci ili daha çox insan ölümü ilə nəticələnə bilər - ÜST
14.05.2021 09:46

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, pandemiyanın ikinci ili birinci illə müqayisədə daha çox insan ölümü ilə nəticələnə bilər.

 

Bu barədə Aztibb.az xarici mətbuata istinadən xəbər verir.

 

"COVID-19 artıq 3,3 milyon nəfərdən çox insanın ölümünə gətirib çıxardı və biz pandemiyanın ikinci ilinin birinci illə müqayisədə daha çox öldürücü ola biləcəyinə gedən yoldayıq", - baş direktor deyib.

 

Qebreyesus bildirib ki, koronavirusa yoluxma və ölüm faizi bütün dünyada nəzarətdən çıxıb. Onun sözlərinə görə, virusa ən çox yoluxma və ölüm faizinin azalması Şimali və Cənubi Amerikada, həmçinin Avropada müşahidə olunur. COVID-19-a yoluxma və ölüm sayında güclü artım Asiyada, ilk növbədə cənub-şərq regionunda və xüsusilə Hindistanda özünü göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər