İnsandan heyvana sürətlə keçən koronavirus növü aşkarlanıb
14.05.2021 09:41

Şimali Kiprdə pişikdə sahibinin koronavirusa yoluxmasından 10 gün sonra bu xəstəliyin simptomları aşkarlanıb.

 

Aztibb.az “Kıbrıs” qəzetinə istinadən xəbər verir ki, hadisə Kipirin Yaxın Şərq Universitetinin Təcrübə Tibbi Elmlər İnstitutu tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib.

 

Mütəxəssislər virusun qısa müddətdə sürətlə insandan heyvana keçməsindən narahatlıqlarını bildiriblər.

 

Qeyd edilib ki, əvvəlki araşdırmaların nəticələrinə görə, ev heyvanları yalnız 3-6 həftə ərzində insandan koronavirusa yoluxa bilər.

 

Sözügedən pişiyin yoluxduğu “Britaniya ştamm”ı koronavirusun orijinal versiyası ilə müqayisədə daha sürətli formasıdır. Heyvanın görməsində və ürəyin fəaliyyətində problem yaranıb. Tədricən klinik simptomların özünü büruzə verdiyi bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər