Faydalı olduğu tövsiyə edilən yalnış tibbi bilgilər - ARAŞDIRMA  
12.05.2021 16:21

 

Gündə 10 000 addım atmağın və ya 2,5 litr su içməyin faydalı olduğunu tövsiyə edən tibbi bilgilərin əsassız olduğu ortaya çıxdı.

 

Aztibb.az sağlam həyat üçün bilinməli olan ən müasir elmi həqiqətləri sizə təqdim edir.

 

Uzun bir pandemiya dönəmi artıq Ramazan ayını geridə qoyub və yazı qarşılamağa hazırlaşarkən sağlam bəslənmə və idman mövzusu daha çox gündəmə gəlməyə başlayıb. Müxtəlif vaxtlarda həyata keçirilən araşdırmalar nəticəsində sağlamlıqla bağlı son illər geniş yayılmış bəzi vərdişlərin faydasından çox  zərərinin olduğu müəyyənləşdirilib.

 

✘ 10 000 addım

 

Harvard Universitetinin 16 000 qadın üzərində apardığı araşdırmaya görə, gündə 5500 addım atmaq kifayətdir. “On min addım əfsanəsi” 1964-cü ilin Tokio Olimpiadasına əsaslanır. Yapon şirkəti tərəfindən istehsal olunan “Manpo-kei” adlı addımölçən addımları real ölçüdə deyil, metrlərlə hesablayırdı.

 

✘ 5 porsiya meyvə-tərəvəz

 

Gündə beş porsiya meyvə-tərəvəz istehlakının orqanizmi xərçəng və ürək xəstəliklərindən qoruduğuna dair məlumat yalnışdır. “Beynəlxalq Epidemiologiya Jurnalı”nda yayımlanan araşdırmaya görə, əslində gündə 10 porsiya istehlak edilməlidir. Bu təxminən 800 qrama uyğundur. Buna riayyət edilərsə hər il 7,8 milyon ölümün qarşısını almaq olar.

 

✔ 2 000 kalori 

 

İngilis Xalq Sağlamlığı İnstitutu gündə qadınlar üçün 2 000, kişilər üçün isə 2500 kalori tövsiyə edir. Orqanizmin səhər yeməyində 400 kalori, nahar və şam yeməyinin hər birində 600 kalori, qalan kalorini isə qəlyanaltı üçün alması tövsiyə olunur. 

 

✔ 75 dəqiqə idman 

 

Bədənin əzələ kütləsini artırmağa yönəldilmiş həftəlik 75 dəqiqə gərgin idman 150 dəqiqəlik yüngül idman növünə bərabərdir. Yüngül idman edənlər üçün həftədə iki dəfə əzələ kütləsini artırmağa yönəldilmiş idman hərəkətləri tövsiyə olunur.

 

✘ 8 stəkan su 

 

1945-ci ildə nəşr olunan tədqiqatların nəticələrinə dair məlumatlarda böyüklər üçün gündə 2,5 litr (8 stəkan) su içmək faydalı hesab olunurdu. Lakin suya olan təlabat orqanizmə görə dəyişir. Son tibbi bilgilərə görə suya olan təlabatımız çəkimizi 0,03-ə vurmaqla hesablanır. Burada fiziki fəaliyyət, çəki, hava və tərləmə nisbəti suya olan tələbatı dəyişə bilər. 

 

✔ 6 qram duz 

 

Duz sinir və əzələ sistemi üçün olduqca vacibdir. Ancaq qədərindən çox olması immunitet sistemini təhlükə altına alır. Orqanizmin gündəlik duz istehlakı 6 qramdan çox olmamalıdır. Gündəlik rasionda bu miqdarda duz istifadəsi iflicin 100/22, infarktın isə yüzdə 100/16-nın qarşısı alına bilər və 17 000 həyatı xilas edə bilər. 

 

✔15 dəqiqə günəş 

 

Həddən çox günəş şüaları xərçəngə və erkən qocalmaya səbəb olur. Bədənin D vitamini ehtiyacı üçün hər gün gün işığında 15 dəqiqə vaxt sərf etmək lazımdır. Daha çox vaxt sərf etmək istəyənlər üçün qoruma əsaslı vasitələr tövsiyə olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev