Dünya sakinlərinin əksəriyyəti peyvəndlənməsə, pandemiyaya qalib gəlmək mümkün olmayacaq - ÜST-ün rəhbəri
11.05.2021 16:49

Qlobal səviyyədə COVID-19-a yoluxma ilə bağlı yeni halların sayı artmır. Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) bildirirlər ki, dünya COVID-19-a yoluxma “vadisinə” çıxıb, bəzi regionlarda isə, məsələn yaxın vaxtlara qədər yoluxmaların sayına görə liderlik edən Şimali və Cənubi Amerikada, həmçinin Avropada yoluxma göstəriciləri azalmağa başlayıb.

 

Bununla belə, ÜST-ün rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə həmin göstəricilərin hələ də yüksək olduğunu bildirib. Ötən həftə ərzində 5,4 milyon yeni yoluxma faktı qeydə alınıb, 90 min nəfər COVID-19 səbəbindən dünyasını dəyişib.

 

Hindistanda hər gün 350-370 min yeni yoluxma qeydə alınır. Doktor Tedros Qebreyesus ÜST-ün “Hindistanın xatirinə birləşək” adlı yeni təşəbbüsünü elan edib. Təşkilat həmin təşəbbüs çərçivəsində bu ölkədə pandemiyaya qarşı mübarizənin dəstəklənməsi üçün vəsait toplayacaq. Yığılan pullar, o cümlədən, oksigen balonları, fərdi müdafiə vasitələri və dərman alınmasına sərf ediləcək.

 

ÜST rəhbəri bir daha vurğulayıb ki, əgər planetin sakinlərinin əksəriyyəti peyvəndlənməsə, pandemiyaya qalib gəlmək mümkün olmayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər