Gömrük Hospitalında bayram günlərində də koronavirus testindən keçmək mümkün olacaq
08.05.2021 10:29
Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyası bayramı günlərində fəaliyyət göstərəcək.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyası bayramı günlərində vətəndaşlara koronavirus (COVID-19) testindən keçmək xidmətini göstərəcək. Belə ki, PZR laboratoriya 10, 11, 12, 13, 14 və 16 may tarixlərində səhər saat 09.00-dan saat 12.00-a qədər fəaliyyət göstərəcək. PZR laboratoriya yalnız 9 və 15 may tarixlərində bağlı olacaq. PZR testindən keçmək üçün qaydaları sizə təqdim edirik:
 
1. PZR testindən keçmək istəyən vətəndaşlar Hospitalın qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi təqdim etməklə PZR testindən hər gün saat 12.00-a qədər keçə bilərlər.
2. PZR testi üçün test verənin burundan və ağız boşluğundan yaxma götürülür.
3. PZR testinin cavabı həmin gün saat 19.00-a qədər verilir.
4. PZR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir.
5. Aviabileti olan sərnişinlər yeni növ koronavirus (COVID-19) testindən keçmək üçün xarici pasport təqdim etməlidirlər.
 
Qaydalara uyğun olaraq yalnız test nəticəsi neqativ olan sərnişinlər Heydər Əliyev adına Beynəlxalq Hava limanından uçuşlara buraxılır. Həmçinin, test nəticəsi ingilis dilində də təqdim oluna bilər.
 
PZR testin qiyməti 89 AZN təşkil edir. Ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (012 404 08 08) nömrəsinə zəng vurmaq mümkündür.
 
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 avtomatik ekstraksiya olunmuş saflaşdırılmış RNT əldə etməyə imkan verir.
 
Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər